"Bank Technique"nin baş direktoru işdən çıxıb
24 avqust 2015 11:21 (UTC +04:00)

"Bank Technique"nin baş direktoru işdən çıxıb

0
"Bank Technique" ASC-dən kadr axını davam edir.

 

"APA-Economics"in məlumatına görə, bankın baş direktoru, biznesin inkişafı departamentinin direktoru Kamran Alik oğlu Axundov öz xahişi ilə işdən çıxıb.

 

Qeyd edək ki, K. Axundov 17 iyun 1981-ci ildə Bakı şəhərində anadan olub. 2002-ci ildə Azərbaycan Dövlət İqtisad Universitetində İqtisadiyyatın hüquqi tənzimlənməsi fakültəsini bakalavr, 2004-cü ildə isə magistr dərəcəsi üzrə bitirib.

 

2004-2005-ci illərdə “Avropa LTD” şirkətində mühasib vəzifəsində çalışdıqdan sonra, 2005-2012-ci illər ərzində Azərbaycan Beynəlxalq Bankında xidmət bölməsinin mütəxəssisi vəzifəsindən Pərakəndə biznes departamenti, “ABB-Premyer” Müştəri xidmətlərində rəhbər müavini vəzifəsinədək yüksəlib. 2012-ci ilin iyun ayından “Bank Technique” ASC-də çalışıb.

 

Əlavə edək ki, K. Axundov Azərbaycanın ən savadlı bankirlərindən biri hesab olunur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 516

Oxşar yazılar