APA-nın məlumatına görə bu sözləri mayın 25-də Qəbələdə keçirilən biznes-forumda iştirak edən iqtisadi inkişaf naziri Şahin Mustafayev jurnalistlərə müsahibəsində deyib.
Nazir bildirib ki, bu uğurların fonunda regionda yalnız bir ölkə, işğalçı Ermənistan regional proseslərdən kənarda qalıb. “Ermənistanın Azərbaycana qarşı davam edən təcavüzü, qonşu ölkələrə torpaq iddiaları regionda əməkdaşlığın genişləndirilməsinə ciddi maneələr törədir və bu ölkə təcavüzkar siyasəti nəticəsində regional layihələrdə iştirakdan məhrumdır, buna görə də siyasi, sosial-iqtisadi, demoqrafik uçuruma yuvarlanır. Ermənistan bu siyasətə son qoyulmayanadək onun hər hansı bir regional layihədə iştirakı mümkün olmayacaq”.