“Bu saziş nə Rusiyaya, nə Azərbaycana sərf edir ”
30 may 2013 17:05 (UTC +04:00)

“Bu saziş nə Rusiyaya, nə Azərbaycana sərf edir ”

“Nə Rusiyanın Qəbələ radiolokasiya stansiyasını tərk etməsi, nə Azərbaycan neftinin Bakı-Novorossiysk kəməri ilə tranzit nəqlinin dayandırılması iki ölkə arasında ikitərəfli əlaqələrə təsir göstərməyib ”.


 

APA-nın məlumatına görə, bu açıqlamanı jurnalistlərə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu verib.

 

“Belə bir şey baş verməyib, bütün bunları yalnız kütləvi informasiya vasitələri yazır. Rusiya Azərbaycan üçün strateji tərəfdaşdır. Azərbaycanın xarici işlər naziri bu yaxınlarda Rusiyaya rəsmi səfərə gedib, onun görüşləri açıq dostluq atmosferində keçib”.

 

Səfirin sözlərinə görə, Bakı-Novorossiysk kəməri ilə tranzit neftin nəqlinə dair sazişin qüvvədən salınması sırf iqtisadi səbəblərlə əlaqədardır: “Bu saziş nə Rusiya, nə Azərbaycan tərəfinə sərf edir. Əgər Rusiya ilə münasibətdə hansısa problem yaranırsa, bu məsələ konstruktiv məcrada müzakirə olunur və həllini tapır”.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1300
avatar

Oxşar yazılar