“Bakı Fond Birjası”nın sədri dəyişdi
04 fevral 2013 17:37 (UTC +04:00)

“Bakı Fond Birjası”nın sədri dəyişdi

Ümumi Yığıncağa qədər Dövlət Komitəsinin şöbə rəhbəri “Bakı Fond Birjası”-na rəhbərlik edəcək

 

Bu gün “Bakı Fond Birjası” QSC-nin (BFB) Müşahidə Şurasının iclası keçirilib.

 

BFB-dən Lent.az-a verilən məlumata görə, iclasda BFB-nin İdarə Heyətinin sədri Emin Əliyevin başqa işə keçməsi ilə əlaqədar işdən azad edilməsi haqqında ərizəsi müzakirə edilib.

 

Müşahidə Şurasının qərarı ilə səhmdarların Ümumi Yığıncağı çağırılanadək BFB-nin İdarə Heyəti Sədrinin səlahiyyətlərinin icra edilməsi Emin Muradova həvalə edilib. BFB–nin səhmdarlarının Ümumi Yığıncağının martın 29-da keçirilməsi qərara alınıb.

 

Qeyd edək ki, 1981-ci ildə anadan olan Emin Muradov 1999-2003-cü illərdə Boğaziçi Universitetində Menecment və İqtisadiyyat üzrə bakalavr təhsili, 2003-2005-ci illərdə Mərkəzi Avropa Universitetində, 2005-2007-ci illərdə isə Texas Universitetində İqtisadiyyat üzrə magistr təhsili alıb. 2007-ci ildə bank sistemində əmək fəaliyyətinə başlayan Emin Muradov 2010-cu ildən etibarən isə Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Tədqiqatlar və bazarın inkişafı şöbəsinə rəhbərlik edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1417
avatar

Oxşar yazılar