“8 Mart”da quyu qazılır
20 fevral 2013 17:27 (UTC +04:00)

“8 Mart”da quyu qazılır

 

                                                              

“8 Mart” yatağındakı 730 nömrəli platformadan 732 nömrəli quyunun qazma işlərinə başlanılıb. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, N.Nərimanov adına NQÇİ-nin sifarişi ilə Məhsuldar Qatın VIII Horizontuna qazılan quyunun layihə dərinliyi 5800 metrdir.

 

Geoloqların hesablamalarına əsasən, quyudan sutkada 40 ton kondensat, 350 min kubmetr qaz hasil olunacağı nəzərdə tutulur. 

Qeyd edək qazma işləri “Sahil” Qazma İşləri İdarəsi tərəfindən həyata keçirilir. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1425
avatar

Oxşar yazılar