1 milyard 481,7 milyon manatlıq mal satılıb
11 fevral 2013 13:44 (UTC +04:00)

1 milyard 481,7 milyon manatlıq mal satılıb

Dövlət Statistika Komitəsi əmtəə bazarı haqqında məlumat yayıb.

 

Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu ilin yanvar ayında pərakəndə ticarət şəbəkəsində 1 milyard 481,7 milyon manat məbləğində və ya 2012-ci ilin yanvar ayı ilə müqayisədə 9,1 faiz çox istehlak malları satılıb.

 

Satılmış ərzaq məhsullarının həcmi 0,9 faiz artaraq 848,2 milyon manata, qeyri-ərzaq mallarının həcmi 22,5 faiz artaraq 633,5 milyon manata bərabər olub. 2012-ci ilin yanvar ayı ilə müqayisədə pərakəndə ticarət dövriyyəsinin ümumi həcmində ərzaq məhsullarının xüsusi çəkisi 5,0 faiz bəndi azalaraq 57,2 faiz, qeyri-ərzaq mallarının xüsusi çəkisi isə artaraq 42,8 faiz təşkil edib.  Pərakəndə ticarət şəbəkəsindən hər bir ölkə sakini orta hesabla 91,8 manatlıq ərzaq, 68,5 manatlıq qeyri-ərzaq malları alıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 716
avatar

Oxşar yazılar