Milli Paralimpiya Komitəsi “Azercell”i təltif etdi
18 yanvar 2023 18:52 (UTC +04:00)

Milli Paralimpiya Komitəsi “Azercell”i təltif etdi

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin (MPK) 2022-ci il ərzində fəaliyyətinin yekunlarına həsr olunan tədbirdə “Azercell Telekom” MMC-nin Milli Paralimpiya Komandasının məğrur tərəfdaşı qismində göstərdiyi dəstək xüsusi qeyd olunub. Bu əməkdaşlıq sayəsində əldə edilmiş nailiyyətlər nəzərə alınaraq, ölkənin lider mobil operatoru MPK tərəfindən “Ulduz tərəfdaş” mükafatı ilə təltif olunub.

2014-cü ildən etibarən "Azercell"in dəstəyilə fəaliyyət göstərən Azərbaycan Uşaq Paralimpiya Komitəsi indiyədək sağlamlıq imkanları məhdud olan 200-ə yaxın uşaq və yeniyetməni öz ətrafına toplaya bilib. Burada uşaqlar peşəkar məşqçilərin köməyilə 10 idman növü - cüdo, üzgüçülük, para-taekvando, pauerliftinq, boccia, qolbol, stolüstü tennis, əlil arabasında idman rəqsləri, dağ xizəyi və snoubord ilə məşğul olur, kütləvi idman tədbirləri, yerli və beynəlxalq əhəmiyyətli yarışlarda iştirak edirlər.

Qeyd edək ki, Uşaq Paralimpiya Komitəsi beynəlxalq təcrübədə ilk dəfə olaraq 2013-cü ildə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin nəzdində yaradılıb. Sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına yardım edən komitə 10 illik yubileyi münasibətilə 2023-cü ildə Bakı və regionlarda silsilə tədbirlərin keçirilməsini nəzərdə tutub.

"Azercell Telekom” MMC bu mühüm missiyanı dəstəkləməklə ölkəmizdə bütün uşaqların fiziki sağlamlığı və inkişafının bərabər şəkildə təmin olunmasına öz töhfəsini verir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1629
avatar

Oxşar yazılar