Aprelin 7-də saat 01:00-dan 12:00-dək qaz abonentləri üçün İTRON smart kart ödənişi istisna olmaqla ödəniş sistemi əlçatmaz olacaq.
Lent.az bildirir ki, bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Qeyd olunub ki, buna səbəb "Azəriqaz"ın informasiya sisteminin proqram təminatında yenilənmə işlərinin keçirilməsi olacaq.
"Azəriqaz" bu müddətdə abonentlərdən ödəniş etməmələrini (Zenner smart kartlara məbləğin yüklənməsi və borcun ödənilməsi) xahiş edir.