“Azerçay” “Doğma Fermerlər” layihəsini təqdim etdi -   VİDEO
12 oktyabr 2021 15:43 (UTC +04:00)

“Azerçay” “Doğma Fermerlər” layihəsini təqdim etdi - VİDEO

İllərdir yüksək keyfiyyəti ölkəmizi dünyanın müxtəlif ölkələrində yüksək
səviyyədə təmsil edən “Azerçay” bu dəfə “Doğma fermerlər” layihəsini
ictimaiyyətə təqdim etdi. Həyata keçirilmiş layihə çərçivəsində, Lənkəran və
Astara rayonlarında uzun illərdir çayçılıqla məşğul olan fermerlər və Masallı
rayonunda “Azerçay”a məxsus çay plantasiyalarında çalışan şirkət əməkdaşları ilə
vieoçarx hazırlanıb. 100 faiz təbii çayın yetişdirilməsində bilavasitə iştirak edən
qəhraman fermerlər müsahibə verərək təcrübələrini paylaşıblar. 12 oktyabr –
Fermerlər Gününə həsr olunmuş “Doğma fermerlər” layihəsinin əsas məqsədi
ölkəmizdə qədim ənənələrə malik çayçılığın qorunub saxlanılması və inkişaf
etdirilməsində yaxından iştirak edən peşəkarlara təşəkkür bildirərək, onları geniş
ictimaiyyətə tanıtmaqdır.

Qeyd edək ki, dünyanın 40-dan artıq ölkəsində “Made in Azerbaijan” yazısını
üzərində daşıyaraq ölkəmizi layiqincə təmsil etməkdən qürur duyan doğma
çayımız “Azerçay” bu istiqamətdə silsilə layihələr reallaşdırmağa davam edəcək.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1103

Oxşar yazılar