“Açıq qapı” aksiyasında suallar cavablandırıldı - FOTO
09 sentyabr 2022 16:25 (UTC +04:00)

“Açıq qapı” aksiyasında suallar cavablandırıldı - FOTO

“2023-2027-ci illəri əhatə edəcək yeni proqram hazırlanır. Proqram çərçivəsində 320 yaşayış məntəqəsinin qazlaşdırılması nəzərdə tutulur.” 

Lent.az xəbər verir ki, bunu SOCAR “Azəriqaz” İstehsalat Birliyinin Yeni qazlaşma və inkişaf şöbəsinin rəis müavini İlham Mehbalıyev bildirib. "Açıq qapı” aksiyasında jurnalistlərin suallarını cavablandıran qurum rəsmisi, həmçinin qeyd edib ki, hazırda ölkə üzrə 40 kənd və 31 yaşayış massivində qazlaşma işləri aparılır. 5 kənd və 19 yaşayış massivi isə istismara qəbul prosesindədir. 

Aksiyada çıxış edən Qəza Çağrı Xidməti şöbəsinin rəisi Xalidə Şimşək avqust ayında 47 minə yaxın zəng qəbul etdiklərini və bunun 25%-ə yaxınının müqaviləsi olmayan yaxud müqaviləsini yeniləməli olan abonentlər tərəfindən edildiyini vurğulayıb. Şöbə rəisi həmin abonentləri "ASAN Kommunal" mərkəzlərinə və ya ərazi üzrə müvafiq qaz xidmət sahələrinə yaxınlaşıb müqavilə bağlamalarını xahiş edib. Əks təqdirdə isə müqaviləsi olmayan abonentlərin qaz təchizatının dayandırılacağını bildirib. 

"SOCAR “Azəriqaz” İstehsalat Birliyi daima imza atdığı ilklərlə və həyata keçirdiyi yeniliklərlə yadda qalmağa çalışıb. Qurumun gerçəkləşdirmiş olduğu “Mühəndis İnkişaf Proqramı” bu yeniliklərin davamı kimi bu gün də icra olunmaqdadır.” Bunu SOCAR “Azəriqaz” İB-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Eldəniz Vəliyev bildirib. Şöbə rəisi həyata keçirilən bu proqramın effektiv olacağına, gənclərə stimul verəcəyinə əmin edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1623
avatar

Oxşar yazılar