Azercell Olimpiya oyunları ilə bağlı güzəştli rouminq kampaniyasına başladı
25 iyul 2012 19:18 (UTC +04:00)

Azercell Olimpiya oyunları ilə bağlı güzəştli rouminq kampaniyasına başladı

İngiltərədə olan Azercell abunəçiləri xüsusi endirimlə danışacaq
Azercell 27 iyul – 12 avqust tarixlərində Londonda keçiriləcək Olimpiya və 29 avqust – 9 sentyabr tarixlərində keçiriləcək Paraolimpiya oyunları münasibətilə rouminq qiymətlərində xüsusi endirim elan edir. Belə ki, 25 İyul -15 Sentyabr 2012-ci il tarixləri arasında İngiltərədə olan Azercell abunəçiləri “Vodafone UK” mobil operatorunun şəbəkəsinə qoşulub güzəştli tariflərdən yararlana bilərlər.

Azercell Fakturalı xətt abunəçiləri rouminqdə olarkən bütün istiqamətlərə 1 dəqiqəsi cəmi 1 AZN tarifi ilə danışacaqlar. Bu zaman bütün istiqamətlərdə SMS-lər 10 qəpik, istifadə olunan hər 1MB internet isə 1 AZN tarifi ilə hesablanacaq.

Güzəştlər Fakturasız xətt abunəçilərini də əhatə edir. Sim-Sim abunəçiləri bütün istiqamətlərdəki zənglərin dəqiqəsinə görə 1 AZN, daxil olan zənglər üçün 50 qəpik ödəyəcəklər. 1 SMS-in qiyməti 10 qəpikdir.

Bu kampaniya London Olimpiadasına qatılan Azercell abunəçilərinin hər kəslə daha rahat və sərfəli mobil rabitə qurmasına imkan verəcək.

Fakturalı xətt:

Xidmətin növü

Ölçü vahidi

Xidmət haqqı
AZN (ƏDV daxil)

Bütün istiqamətlərə zəng

Hər bir dəqiqə

1,00

Bütün istiqamətlərə SMS

Bir ədəd

0,10

GPRS

Hər bir MB

1,00



Fakturasız xətt:

Xidmətin növü

Ölçü vahidi

Xidmət haqqı AZN (ƏDV daxil)

Bütün istiqamətlərə zəng

Hər bir dəqiqə

1,00

Daxil olan zənq

Hər bir dəqiqə

0,50

Bütün istiqamətlərə SMS

Bir ədəd

0,10

# 662

Oxşar yazılar