Enerji statistikasına dair beynəlxalq seminar keçiriləcək
22 sentyabr 2011 14:19 (UTC +04:00)

Enerji statistikasına dair beynəlxalq seminar keçiriləcək

Dövlət Statistika Komitəsi 27-30 sentyabrda enerji statistikasına dair beynəlxalq seminar keçirəcək. Seminarın komitənin inzibati binasında keçirilməsi planlaşdırılıb. Lent.az-ın məlumatına görə, bunu komitənin Sənaye, nəqliyyat və statistikası şöbəsinin müdiri Yusif Yusifov bu gün keçirilən “Enerji balansının tərtib edilməsinin metodoloji əsasları: nəzəriyyə və praktika” mövzusunda seminarda səsləndirib.

Y.Yusifovun sözlərinə görə, seminarda enerji balansının nəzəri və praktiki əsaslarına dair tövsiyələr, təkliflər səsləndiriləcək: “Eyni zamanda BMT-nin 2 eksperti, Böyük Britaniyanın 2 eksperti və bizimlə bu sahədə əməkdaşlıq edən hər bir ölkədən 2 ekspert dəvət olunacaq”.

Nailə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 598

Oxşar yazılar