Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Fransada səfərdə olub
25 iyun 2011 16:16 (UTC +04:00)

Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Fransada səfərdə olub

Bu barədə APA-ya Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

İyunun 22-dən 24-dək davam etmiş səfər zamanı nümayəndə heyəti Fransa Aeronavtika və Kosmos Sənayeləri Qrupu tərəfindən təşkil edilən 49-cu Beynəlxalq Aeronavtika və Kosmos sərgisində iştirak edib, bir sıra ölkələrin şirkətlərinin nümayiş etdirdikləri texnika və avadanlıqlarla tanış olub.

Səfər çərçivəsində həmçinin Fransanın nəqliyyat üzrə dövlət katibi Tierri Mariani ilə Azərbaycan nümayəndə heyəti arasında görüş olub. Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
# 1114

Oxşar yazılar