Saxta sərinləşdirici içkilərinin istehsalı ilə bağlı yeni faktlar aşkarlandı
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Xətai rayonu, S.Orucov küçəsi, ev 2 ünvanında Emin Hacıyevə məxsus sexdə aparılan yoxlama zamanı “Tərxun” və “Duşes” sərinləşdirici içkilərinin müvafiq reseptura və uyğunluq sertifikatı olmadan istehsal edildiyi üzə çıxıb.
Lent.az-ın İqtisadi İnkişaf Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, həmin məhsulların yararlılıq müddətinin heç bir normativ sənədə əsaslanmadan təyin olunduğu, habelə sərinləşdirici içkilərin istehsalında mənşəyi məlum olmayan qatqılardan istifadə olunduğu müəyyən edilib.
Bundan başqa, yoxlama zamanı sexdə istehsal edilmiş şaftalı və albalı nektarlarının xarici ölkələrdə istehsal olunmasına dair istehlakçıda yanlış təəssürat yaradan, məhsulların adları Azərbaycan dilində göstərilməyən “Helma Fruits, Cherry nectar” və “Helma Fruits, Peach nectar” sözləri yazılmış etiketlər aşkar edilib. Qanun pozuntuları ilə əlaqədar "Düşes" və "Tərxun" sərinləşdirici içkilərinin istehsalının dayandırılması və müəssisə tərəfindən ticarət şəbəkəsinə paylanmış həmin məhsulların geri yığılması, müvafiq reseptura və uyğunluq sertifikatı olmadan istehsal edilmiş 449 litr sərinləşdirici içkinin, mənşəyi məlum olmayan 10 kq qatqının, üzərində məhsulların adları Azərbaycan dilində göstərilməyən 9,3 kq etiketin qanunvericiliyə müvafiq qaydada məhv edilməsi barədə Dövlət Xidməti tərəfindən sahibkar Emin Hacıyevə icrası məcburi göstəriş verilib.
Araşdırmalar davam edir.

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28