Neftin qiyməti fərqli istiqamətdə dəyişib
14 iyun 2011 10:55 (UTC +04:00)

Neftin qiyməti fərqli istiqamətdə dəyişib

Dünya bazarında neftin qiyməti fərqli istiqamətdə dəyişib. Lent.az-ın “Reuters” agentliyinə istinadən verdiyi məlumata görə, qiymət Yunanıstanın kredit reytinqinin düşməsi və Nigeriyadakı neft terminallarından birində fors-major vəziyyətinin elan olunması fonunda dəyişib.

Nyu-Yorkdakı “NYMEX” birjasında WTI markalı neft 1,99 dollar düşərək 97,30 dollar olub. Londondakı “ICE” birjasında isə Brent markalı neft 0,38 dollar qalxaraq 119,10 dollara çatıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 621

Oxşar yazılar