“Azərbaycanın karbohidrogen ehtiyatları 10 mlrd. tondur”
Nəticədə, 1997-ci ilə nisbətən neft hasilatı 5,6 dəfə, 2004-cü ilə nisbətən qaz hasilatı 5,2 dəfə artıb. İndiyədək Azərbaycanın neft-qaz sahəsinə ümumilikdə 36 mlrd. ABŞ dolları həcmində xarici sərmayə yatırılıb. «APA-ECONOMICS»in məlumatına görə, bunu Bakıda keçirilən «Xəzər neft, qaz, neftayırma və neft kimyası – 2011» beynəlxalq konfransında (8-9 iyun) bu gün çıxış edən Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) I vitse-prezidenti Xoşbəxt Yusifzadə bildirib.
X.Yusifzadənin sözlərinə görə, ölkədə hasil olunan neft və qazın əsas hissəsi Xəzərin milli sektorunda yerləşən müvafiq olaraq «Azəri-Çıraq-Günəşli» (AÇG) və «Şahdəniz» perspektiv strukturlarından əldə edilir. Belə ki, hazırda «AÇG»də 60 quyu istismar olunur, gündə 110 min ton neft və 38 min kubmetr qaz hasil edilir: «Ümumiyyətlə, AÇG-nin işlənməsinə başlanan gündən 238 mln. ton neft və 60 mlrd. kubmetr qaz əldə olunub. Bunun 111 mln. tonunu Azərbaycanın mənfəət nefti təşkil edib».
ARDNŞ-ın həyata keçirdiyi bir sıra layihələrdən danışan X.Yusifzadə qeyd edib ki, ARDNŞ və BP şirkəti dərin laylarda qaz ehtiyatlarının işlənməsi layihəsi üzrə hazırlıq işləri aparır və artıq 2017-ci ildə hasilata başlanması planlaşdırılır: «Bu layihə üzrə qiymətləndirilən qaz ehtiyatları 200-250 mlrd. kubmetr təşkil edir».
«Şahdəniz» layihəsindən danışan ARDNŞ rəsmisi bildirib ki, hazırda burada 6 istismar quyusu işləyir, strukturun ümumi ehtiyatları 1,2 trln. kubmetr qaz və 240 mln. ton kondensat təşkil edir.
ARDNŞ-ın fəaliyyətindən danışan X.Yusifzadə qeyd edib ki, hazırda şirkət 33 yatağı istismar edir və bunun 13-ü dənizdə, 20-si quruda yerləşir. Təkcə 2010-cu ildə ARDNŞ dəniz və quruda istismar etdiyi bütün yataqlar üzrə 85 quyunu qazmadan istismara verib, ümumilikdə isə 1500 quyu istismar olunur.
Ölkədəki yeraltı qaz anbarlarının yenidən qurulmasından danışan vitse-prezident qeyd edib ki, 2010-cu ildə anbarlara 3,1 mlrd. kubmetr qaz vurulub və bu, da əvvəlki illərlə müqayisədə 2 dəfə çoxdur.
«Ümid» perspektiv dəniz strukturundan məlumat verən X.Yusifzadə bildirib ki, strukturun ehtiyatları 200 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat təşkil edir: «Babək» strukturu isə «Ümid»dən iki dəfə böyükdür, burada qaz ehtiyatları 400 mlrd. kubmetr, kondensat isə 80 mln. tondur. Bu ilin sonunda «Babək»də 3D seysmik işlərinə başlanacaq. Həmçinin hazırda «Abşeron»da axtarış quyusu qazılır, quyunun layihə dərinliyi 7 min metr təşkil edir. «Şəfəq-Asiman» blokunda isə 2 kəşfiyyat quyusu qazılacaq, seysmik işlərə 2011-ci ilin sentyabr ayında başlanacaq. Quyunun layihə dərinliyi 7 min metrdir. Bu strukturun ehtiyatları 500 mlrd. kubmetr qaz və 65 mln. ton kondensat təşkil edir. «Naxçıvan» strukturunda 1 kəşfiyyat quyusu qazılacaq, dərinliyi 6500 metr olacaq. Buranın ehtiyatları 300 mlrd. kubmetr qaz və 40 mln. ton kondensat təşkil edir».
X.Yusifzadə bundan başqa Azərbaycanda «Zəfər», «Məşəl», «Qarabağ», «Əşrəfi», «Alov» və s. perspektiv dəniz strukturlarının mövcudluğunu və bunların xarici şirkətlərin diqqət mərkəzində olduğunu vurğulayıb. Artıq 2015-ci ildə Azərbaycan qaz hasilatını 30 mlrd. kubmetrə çatdıracaq.
ARDNŞ rəsmisi əlavə edib ki, ölkənin təsdiq olunmuş neft ehtiyatları 2 mlrd. ton, qaz ehtiyatları isə 2,2 trln. kubmetrdir: «Təsdiq olunmamış ehtiyatlar isə daha 2 mlrd. ton neft və 3,8 mlrd. kubmetr qaz təşkil edir. Ümumilikdə isə karbohidrogen ehtiyatları 10 mlrd. tona bərabərdir».
Qeyd edək ki, konfrans «Caspian Oil&Gas» beynəlxalq sərgi (7-10 iyun) çərçivəsində keçirilir. Hər iki tədbirin əsas təşkilatçısı rolunda «Iteca Caspian» şirkəti çıxış edir.

815