Yararsız ərzaq və geyim mallar satışdan çıxarılıb
İqtisadi İnkişaf Nazirliyi yanında İstehlak Bazarına Nəzarət üzrə Dövlət Xidməti daha bir neçə mağazada keyfiyyətsiz ərzaq məhsulları və geyim aşkarlayıb. Xidmətin apardığı növbəti yoxlamalar zamanı Binəqədi rayonunda “Xəzər-99” firmasına məxsus topdansatış anbarlarında 817,32 kiloqram istifadə müddəti ötmüş kolbasa və qənnadı məmulatları, bitki yağları, sərinləşdirici içkilər, uşaq qidaları, konservləşdirilmiş tərəvəz məhsulları aşkarlanıb.
İqtisadi İnkişaf Nazirliyindən Lent.az-a bildiriblər ki, yararsız məhsulların hamısı satışdan çıxarılaraq məhv edilib. Bundan başqa, Nəsimi rayonunda “Vinni” mağazasında ümumi dəyəri 2,1 min manat olan 676 ədəd məcburi sertifikatlaşdırılmalı, lakin sertifikatlaşdırılmamış müxtəlif uşaq oyuncaqları, paltarları və ayaqqabıları aşkarlanıb.
Qanunvericiliyin tələbini pozmuş 1 hüquqi və 3 fiziki şəxs barədə inzibati xəta haqqında protokol tərtib edilib. Nazirlikdə deyirlər ki, bu şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, inzibati cərimələr tətbiq olunacaqdır.
Xatırladaq ki, aparılan yoxlamalarda Binəqədi rayonunda yerləşən “Kaspi-V.C” MMC, “Delta Group Co” MMC və “Babək” firmasına aid topdansatış anbarlarında heç bir qanun pozuntusu aşkar edilməyib.
Elxan SALAHOV

984