Telman İsmayılov: “Mən dəliyəm!...” - REPORTAJ
“”Mardan Palace”da ən xoşbəxt olduğum yer girişdə atamın şəkli asılan yerdir”
Qısa müddətə marka olmaq başqa otelə nəsib olmayıb. Ancaq məşhur azərbaycanlı iş adamı Telman İsmayılovun “Mardan Palace” otelinə qismət olub. Lent.az-ın “Vətən” qəzetinə istinadən verdiyi məlumata görə, hətta məşhur türk maneken Şəbnəm Şefferi anasından istəyən elçinin qarşısına tək bircə tələb qoyulub: “Toy “Mardan Palace”da olacaqsa, verdik getdi!”.
“Vətən”in əməkdaşı Telman İsmayılovla geniş söhbətində otellə və... özü ilə bağlı maraqlı açıqlamalar verib.
Jurnalist otelin başqa yerlərini görəndən sonra verdiyi suala peşman olur. 297 metr uzunluğunda Avropanın ən böyük hovuzunun altındakı texniki üstünlükləri; donuz üçün ayrı, qoyun üçün ayrı, toyuq üçün ayrı giriş qapıları; bişən yeməklərdə bakteriyaların çoxalmaması üçün temperaturunu hər yeməyə uyğun avtomatik olaraq dəyişən dolablar və daha nələr, nələr...
Xanım müxbir Telman bəydən otelin loqosunun nə üçün əqrəb olması ilə maraqlanıb: “Bürcünüzmü əqrəbdir?” Xanım müxbir sualını tam bitirməmiş qəzetin güclü cinsdən olan əməkdaşı soruşur: “Adınızın mənası əqrəbdirmi?” Telman İsmayılov isə bu suallara qısa və türkün sözü “net” bir cavab verir: “Xeyr, əqrəb adım deyil, o mənəm! ”
Jurnalistin “Əqrəblər kinli olurlar? ”- sualına isə cənab İsmayılov “Dəli olur! Mən də dəliyəm!” cavabını verib.
Jurnalist ondan fikrini çəkən adın mənasını soruşur, yenə də çox təbii cavab verir: “Necə Səlman var, Süleyman var, Telman da var!” Adlardan başlamışkən otelin adına biganə qalmaq olarmı? Məgər atasının adını verib “Mardan Palace”a? Anlamı da: mərd, mərd olanın önündə əyilən... Telman İsmayılovun həyatında atasının önəmi o qədər böyükdür ki, “”Mardan Palace”da ən xoşbəxt olduğum yer girişdə atamın şəkli asılan yerdir” deyir
Atasından bəhs edincə İsmayılov kədərlənir: “12 qardaşıq… Mən gənc yaşlarımda atamı çox incitdim...” deyərək sözə başlayır, sonra isə susur. Jurnalist “Niyə?” deyərək davamını gözləyir, davamı olaraq “Cavanlıqdan...” deyib, təkrar susur. Aydındır! Mövzunu dəyişmək lazımdır...
“Gəzən ayağa daş dəyər!”
Otelə gələndən bəri jurnalist düşüncələrini alt-üst edən sualı verir: “1,5 milyard dollar hara getdi?” bu dəfə çaşan İsmayılov iki qolunu yana açaraq malikanəni göstərir və deyir “Görmürsən hara gedib?” ardından da “Atalarımız “ucuz ətin şorbası olmaz” deyib. “Qonaqlara ucuz şorba verməmək üçün xərclədik” – cavabını verir.
Jurnalist “Yaxşı, bu qədər pulu bu qədər asan xərcləməsinə görə asanmı qazanır?” sualını verib. İsmayılov “Nə qədər pul qazanmaq istəsən, o qədər də qazanarsan. Yetər ki çox işləyəsən... Bax, gecə 4-də çıxmışam oteldən. O saata qədər iclasda idim. Sabah saat 8 yarısında yuxundan durmuşam. Məndən qabaq yatanlar hələ oyanmamışdılar. Nə pul qazanacaqlar onlar? İndiki gənclərə baxıram durub gözləyirlər ki, pul gəlsin. Hansı ki atalarımız “Gəzən ayağa daş dəyər” – deyib.
Ağlı Qız Qülləsındə qaldı...
Xanım jurnalist müsahibi ilə ağız dadları barəsində də danışıb. Söhbətdə İsmayılov Mardan Palace 12 tam fərqli mətbəxi təqdim etdiyini qeyd edərək, “Biz İtalyan restoranını və menyusunda ağırlıqlı olaraq Osmanlı mətbəxinin yer aldığı Beşiktdaş restoranlarını sınaya bildik.
Restoranların çoxu div hovuzun ortasındakı, əslindən 5 metrə daha uzun olan Qız Qülləsində (Kız Kulesi) xidmət göstərir. Menim ağlım balıq restoranı Aquamarinedə qaldı. Bu restoran Qız Qülləsinin alt mərtəbəsində və dörd tərəfi akvariumla əhatə olunub. Hər akvarium bir dənizi təmsil edir və içində həqiqətən də o dənizdə yaşayan canlılar var. Bir tərəfi Sakit, bir tərəfi Atlantik okeanları, digər iki tərəf isə Qırmızı dəniz və Ağ dəniz” deyib...
Hazırladı: Kimyə Rüstəmova

1610