Türk nazir Telman İsmayılova arxa çıxdı
“Rusiya tərəfindən təzyiqə məruz qalan iş adamı ilə görüşdüm, onun Türkiyə vətəndaşı olmasına yardım edəcəyik”
Son günlərdə sıxıntı yaşayan dünyaca məşhur azərbaycanlı iş adamı Telman İsmayılova türkiyəli nazirdən dəstək gəlib.
Lent.az-ın “internethaber”ə istinadən verdiyi məlumata görə, Türkiyənin mədəniyyət və turizm naziri Ərtoğrul Günay Antalyanın Kundu bölgəsində iş adamı ilə bağlı açıqlama verib. Nazir “Mardan Palace”ın sahibi Telman İsmayılova Rusiyadan edilən təzyiqdən sonra onunla görüşdüyünü deyib.
“Şəxsən özü ilə görüşdük. Onun Türkiyə vətəndaşlığı alması üçün etdiyi müraciətlə bağlı köməklik edəcəyik. Bunu onun özünə də söylədim. Türkiyəyə investisiya yatıran, Türkiyəni dünyada yaxşı tanıtmaqda rolu olan hər kəsin vətəndaşlıq və buna bənzər digər mövzularda istəklərinə dəstək olmağı özümüz üçün vəzifə borcu sayırıq” – deyə, nazir bildirib.
Rusiya mətbuatında İsmayılovun məhz Türkiyəyə yatırım üçün tənqid olunmasını şərh edərkən isə Ərtoğrul Günay “Türkiyəyə investisiya yatıranlara təşəkkür edirəm” söyləyib.
Xatırladaq ki, son günlərdə Türkiyə, Rusiya və Azərbaycan mətbuatı Rusiya hökumətinin T.İsmayılova təzyiqlər etdiyini, onu həbsə atmaq istədiklərini yazır. Mətbuatın iddiasına görə, buna səbəb İsmayılovun milyardlarla dolları Rusiyada deyil, Türkiyədə investisiya olaraq yatırmasıdır.

Oxşar yazılar

Qadınları Dəstəkləyən Dəb: Pinko Fəlsəfəsi
19 avqust 2025 , 17:21“Azərsun Holdinq”dən “Kaşalata” kafeyə dəstək
19 avqust 2025 , 11:57
“Unibank”ın yay kampaniyası avqustun 31-dək uzadılıb
19 avqust 2025 , 11:10
Bir Ecosystem showcased at the international “Ai4 2025” conference
19 avqust 2025 , 10:20
Azercell Beynəlxalq Universitetlərarası Proqramlaşdırma Müsabiqəsinin telekommunikasiya tərəfdaşıdır
18 avqust 2025 , 13:43
Ən böyük qızıl ehtiyatı olan 10 ölkə - SİYAHI
17 avqust 2025 , 17:39
Bütün dünyada ərzaq qiymətləri yüksəlir: ətin qiyməti rekordlar qırır
17 avqust 2025 , 17:08