“Strateji Tərəfdaşlıq 1520 - Qafqaz Regionu” biznes-forumu başladı
Bu gün Bakıda “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin 135 illik yubileyi çərçivəsində “Strateji Tərəfdaşlıq 1520 - Qafqaz Regionu” biznes-forumu başlayıb.
Lent.az-ın verdiyi məlumata görə, 2 gün davam edəcək biznes-forumda Azərbaycan, Rusiya, Qazaxıstan və Latviyanın dəmir yolları infrastrukturlarının rəhbərləri iştirak edirlər.
Biznes-forumun açılış mərasimində baş nazir müavini Abid Şərif deyib ki, Azərbaycan dövlət müstəqilliyini qazandığı ilk gündən nəqliyyat infrastrukturunun inkişafına, o cümlədən Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması istiqamətində ciddi layihələrə qoşulub. Azərbaycanın bu cür beynəlxalq əhəmiyyətli və iri tutumlu layihələrə qoşulmaqda əsas məqsədi iqtisadi-ticarət imkanlarını genişləndirməkdir. Məhz bu cür layihələrin reallaşması nəticəsində son bir neçə ildə Azərbaycanda tranzit yüklərinin həcmi 8 dəfə artıb.
O, Bakı-Tiflis-Qars dəmir yolu layihəsinin Azərbaycan və region dövlətləri üçün xüsusi əhəmiyyət daşıdığını vurğulayıb. Bu dəmir yolu 2012-ci ildə istifadəyə veriləcək. İlk illərdə bu dəmir yolu xətti vasitəsi ilə 15 min ton yük daşınacaq. Bakı-Tiflis-Qars dəmir yolu xətti ilə regionun Avrasiyaya çıxış imkanları xeyli genişlənəcək. Bu da həm Azərbaycan, həm Gürcüstan, həm Türkiyə, habelə digər qonşu ölkələr üçün geniş imkanlar yaradacaq.
Abid Şərifov Azərbaycanda nəqliyyat infrastrukturunun genişləndirilməsi istiqamətində hökumətin həyata keçirdiyi tədbirlər, maliyyələşdirilən iri layihələr barədə danışıb. Baş nazirin müavini qeyd edib ki, təkcə dəmir yolu infrastrukturunun yaxşılaşdırılması üçün Azərbaycan hökuməti 2 milyard dollardan çox kredit cəlb edib. Bu, Rusiya-Gürcüstan sərhədinədək avtomobil yollarının tikintisinə də aiddir. Son 4 ildə təkcə nəqliyyat infrastrukturunun inkişafına dövlət büdcəsindən 5 milyard dollar vəsait ayrılıb. Bütün bunlar Azərbaycanın tranzit imkanlarını əhəmiyyətli şəkildə artırıb: “Biz hazırda regionun ən güclü infrastruktur layihəsinə malik olan dövlətinə çevrilmişik. İndi Azərbaycanın iştirak etmədiyi bu cür layihələr regionda o qədər də uğurlu alınmır. Bununla bel, biz həm Rusiya, həm Türkiyə, həm də Gürcüstanla birlikdə bu cür layihələrin davam etdirilməsi və gələcəkdə infrastruktur layihələrinin genişləndirilməsi istiqamətində birgə çalışmağa davam edəcəyik”.
Elxan Salahov

841