ABŞ-ın Cənubi Karolina ştatının sakini 20 dollarlıq lotereya bileti alaraq iki milyon dollar cekpot qazanıb.
Lent.az xarici KİV-ə istinadla bildirir ki, kolumbiyalı bir qadın uduşlu bileti yanacaqdoldurma məntəqəsindən alıb. O, şanlı olacağına çox ümid etdiyini və hətta qoruyucu təbəqəni cızmadan əvvəl avtomobilində dua etdiyini söyləyib.
Nəticədə şans qadının üzünə gülüb və o, iki milyon dolların sahibi olub.
"Bileti yoxlayanda əllərim titrəyirdi. Elə bildim yuxudur", - qadın etiraf edib.
O, məbləğin bir hissəsini xeyriyyəçiliyə bağışlayıb. Uduşlu biletin alındığı “City Fuel & Food” yanacaqdoldurma məntəqəsi lotereya təşkilatçılarından 20 min dollar məbləğində bonus alacaq.