Diş fırçalamaq gündəlik şəxsi baxım rutinimizin ayrılmaz hissəsidir. Ancaq çox insan fərqində olmadan dişlərini səhv şəkildə fırçalayır. Nə qədər mütəmadi fırçalasanız da, yanlış texnika və vərdişlər ağız sağlamlığınıza mənfi təsir göstərə bilər.
Lent.az bu səhvləri sizə təqdim edir:
Çox sərt fırçalamaq
Yanlış: Dişlərinizi güclü şəkildə basaraq fırçalamağın daha yaxşı təmizlik verdiyini düşünürsünüzsə, yanılırsınız.
Niyə zərərlidir?
Diş minasına və diş ətlərinə zərər verə, diş əti çəkilməsinə səbəb ola bilər. Sərt fırçalama, diş səthini aşındıraraq həssaslığa və geri dönməyən diş əti problemlərinə səbəb ola bilər.
Səhv fırça seçimi
Yanlış: Sərt tüklü diş fırçalarının daha təsirli olduğunu düşünmək.
Doğrusu: Orta və ya yumşaq tüklü fırçalar diş və diş əti dostudur. Xüsusilə həssas diş quruluşuna malik şəxslər üçün uyğundur.
Fırçalama müddəti
Yanlış: 30 saniyəlik fırçalama ilə işin bitdiyini düşünmək.
Doğrusu: Gündə ən az 2 dəfə, 2 dəqiqəlik fırçalama tövsiyə olunur.
Zaman tutmaqda çətinlik çəkirsinizsə, telefonunuzdan və ya bəzi diş fırçalarında olan taymer funksiyasından istifadə edə bilərsiniz.
Sadəcə dişləri fırçalamaq
Yanlış: Yalnız dişlərin görünən səthini təmizləmək.
Doğrusu: Dil, diş əti xətti və dişlərin arxa səthləri də mütləq fırçalanmalıdır.
Bakteriyaların çox olduğu dil səthi unutulmamalıdır. Əks halda ağız qoxusuna səbəb ola bilər. Fırçalama sonrası ağzı bol su ilə çalxalamaq, floridin təsirini azaldır. Diş məcununu tüpürdükdən sonra ağzı yalnız çox az su ilə yaxalamaq və ya ümumiyyətlə yaxalamamaq məsləhətdir. Floridin diş səthində qalması, diş çürümələrinə qarşı qoruyucu təsir göstərir.
Fırçanı uzun müddət istifadə etmək
Yanlış: Eyni fırçanı 6 ay – 1 il istifadə etmək.
Doğrusu: Diş fırçaları 3 aydan bir dəyişdirilməlidir, əgər tükləri deformasiyaya uğrayıbsa, daha tez dəyişdirilməlidir. Köhnə fırçalar kifayət qədər təmizlik təmin etmir və bakteriya yığılmasına səbəb ola bilər. Xüsusilə asitli yemək və ya içkilərdən dərhal sonra dişləri fırçalamaq. Asitli içkilər (portağal suyu, kola, sirkə və s.) diş minasını yumşaldır. Dərhal sonra fırçalama minanın aşınmasına səbəb ola bilər. Buna görə fırçalamadan əvvəl ən az 30 dəqiqə gözləmək lazımdır. Diş fırçalamaq təkbaşına kifayət deyil. Diş aralarında yığılan lövhə və qida qalıqlarını təmizləmək üçün gündə bir dəfə diş ipi, bakteriya balansını qorumaq üçün isə ağız qarqarası istifadə olunmalıdır. Diş fırçalamaq yalnız bir vərdiş deyil, eyni zamanda düzgün bilik tələb edən bir prosesdir. Doğru texnika, doğru alətlər və müntəzəm müayinə ilə diş sağlamlığını qorumaq mümkündür. Əks halda nə qədər fırçalasaz da, diş problemlərinin qarşısını ala bilməzsiniz. Diş sağlamlığı uzunmüddətli bir sərmayədir. Buna görə vərdişlərinizi nəzərdən keçirin və fırçalama prosesini şüurlu şəkildə tətbiq edin. Çünki sağlam təbəssüm, doğru fırçalamadan başlayır.