Müsəlman qadınlara botoks QADAĞASI:  yalnız bu şərtlərlə olar
12 avqust 2025 12:52 (UTC +04:00)

Müsəlman qadınlara botoks QADAĞASI: yalnız bu şərtlərlə olar

Rusiya Müsəlmanları Ruhani İdarəsi nəzdində fəaliyyət göstərən Üləmalar (İlahiyyatçılar) Şurası botulinum toksin inyeksiyasına (botoks) sanksiya verib.

Lent.az yerli mediaya istinadla bildirir ki, icazə, ifadəli qırışların korreksiyası, üz asimmetriyasının aradan qaldırılması və çapıqların qarşısının alınması daxil olmaqla, tibbi göstərişlərin olduğu hallara şamil edilir. Məcburi bir şərt kosmetoloqdan rəy almaqdır.

Prosedur üçün istifadə edilən dərmanın tərkibində qadağan olunmuş (haram) komponentlər, məsələn, insan mənşəli albumin olmamalıdır. Əməliyyatların yalnız lisenziyalı tibb müəssisələrində aparılmasına icazə verilir.

Qeyd olunub ki, botulinum toksininin insan orqanizminə xüsusiyyətləri və təsiri ilə bağlı yeni elmi məlumatlar ortaya çıxsa, Üləmalar Şurasının mövqeyinə yenidən baxıla bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 374

Oxşar yazılar