Qandonduran HADİSƏ:  ana şprislə uşaqlarının qanını çəkdi, fondlardan pul aldı
12 avqust 2025 19:19 (UTC +04:00)

Qandonduran HADİSƏ: ana şprislə uşaqlarının qanını çəkdi, fondlardan pul aldı

ABŞ-da 34 yaşlı qadın beş il ərzində üç övladına işgəncə verərək onlara işgəncə verib. O, bu addımı ilə “xəstə uşaqlarına” müalicə məqsədi ilə pul yığıb.  

Lent.az xarici mediaya istinadən xəbər verir ki, hadisə Minnesota ştatında baş verib.

Yerli sakin Jordan Nikol Borders beş il ərzində uşaqlarına qarşı amansız rəftar edib. O, doqquz yaşlı oğlunun qanını çəkərək onu zahirən xəstə və halsız vəziyyətə salıb, qızını ehtiyac olmadığı halda eşitmə aparatı taxmağa məcbur edib. Digər oğluna isə tibbi göstəriş olmadan gips taxıb. Uşaqların sözlərinə görə, ana onları kabellərlə, kəmərlə və qaşıqla döyüb, yeməklərini əllərindən almaqla hədələyib. Hətta onları fiziki olaraq məhv etməklə qorxudub, həmçinin həkim qəbullarında qusmağa məcbur edib.

Bordersin hərəkətləri nəticəsində uşaqlar ciddi fiziki və psixoloji zədələr alıblar. 2022-ci ildə həkimlər onun oğlunda kritik dərəcədə aşağı hemoqlobin səviyyəsi aşkar ediblər ki, bu da hüquq-mühafizə orqanlarının diqqətini çəkib. Araşdırma zamanı məlum olub ki, qadın saxta diaqnozlardan istifadə edərək, xeyriyyə fondlarından aldatma yolu ilə pul alıb.

Borders uşaqlara qarşı amansız rəftar və dələduzluğa görə 39 il həbs cəzasına məhkum edilib. O, valideynlik hüququndan məhrum edilib, uşaqlar isə himayəyə götürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 446

Oxşar yazılar