Bakının Yasamal rayonunda oğurluq hadisəsi qeydə alınıb.
Lent.az xəbər verir ki, naməlum şəxslər gündüz saatlarında zərərçəkənin evinin pəncərəsindən içəri daxil olaraq 106 manat nağd pul, 700 manat dəyərində qızıl-zinət əşyalarını ələ keçirilib.
Yasamal rayon Polis İdarəsinin 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlə əməli törətməkdə şübhəli bilinən 55 yaşlı İ.Məmmədov və əvvəllər məhkum olunmuş 25 yaşlı R.Şəfəqqətov saxlanılıblar.
Faktla bağlı araşdırma aparılır.