Sabah bu rayonun qazı kəsiləcək
12 avqust 2025 19:55 (UTC +04:00)

Sabah bu rayonun qazı kəsiləcək

Ağdaş rayonunun bəzi ərazilərində qaz olmayacaq.

Lent.az xəbər verir ki, bu barədə Zaqatala Regional Qaz İstismarı İdarəsindən məlumat verilib.

Bildirilib ki, Zaqatala RQİİ-nin Ağdaş xidmət sahəsində Ağdaş rayonu ərazisində Şəmsabad QPS-dən qidalanan Ərəb, Hüşün və Kükək kəndlərini təbii qazla təmin edən D-159 mm-lik ortatəzyiqli əhali qaz xəttinin kipliyə davamlılığının yoxlanılması məqsədilə 13.08.2025-ci il tarixdə saat 09:00-dan işlər yekunlaşanadək cəmi 860 abonentin qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.

İşlər başa çatdırıldıqdan sonra isə qazın verilməsi bərpa olunacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 532

Oxşar yazılar