Dünyaca məşhur iki ulduz eyni kişiyə  aşiq oldu, hələ də gileylidilər
12 avqust 2025 17:35 (UTC +04:00)

Dünyaca məşhur iki ulduz eyni kişiyə aşiq oldu, hələ də gileylidilər

Hollivudun ən cazibədar aktyorlarından biri sayılan və 61 yaşına baxmayaraq gənclərə örnək göstərə biləcək formada olan Bred Pitt karyerası boyunca məşhur və gözəl qadınlarla böyük eşqlər yaşayıb. Onun sevgi tarixçəsində Gwyneth Paltrow, Jennifer Aniston və Angelina Jolie kimi ulduz adlar var.

Lent.az xarici mediaya istinadən onlar barədə məlumat verir.

Bred Pitt 1995-ci ildə “Se7en” filminin çəkiliş meydançasında Gwyneth Paltrow ilə tanış olmuş, qısa müddət sonra nişanlanmış, lakin evliliyə çatmadan ayrılmışdı. Sonra 1998-ci ildə Jennifer Aniston ilə münasibətə başlamış, 1999-da evlilik təklifi etmiş və 2000-ci ildə evlənmişdi. Lakin 2005-ci ildə ayrıldılar. Ayrılığın səbəbi kimi Pittin 2004-də “Mr & Mrs Smith” filminin çəkilişləri zamanı Angelina Jolie ilə münasibət qurması göstərildi. Jolie ilə uzun və çətin bir birlikdəlik yaşayan Pitt, bu münasibəti də illər sonra bitirdi.

İkisi de aynı adamı sevdi... Biri onunla nişanlandı biri evlendi… Aradan yıllar geçti dost oldular… Hala eski aşklarının dedikodusunu yapıyorlar

Maraqlıdır ki, illər sonra Gwyneth Paltrow və Jennifer Aniston bir-birilərinə qarşı qısqanclıq yox, əksinə dostluq münasibəti qurublar. Hətta Aniston müsahibəsində, hələ də ortaq keçmiş sevgililəri Brad Pitt haqqında ara-sıra dedikodu etdiklərini etiraf edib. Onlar bir-birilərinə sağlam həyat məsləhətləri verir, ara-sıra da Pitt haqqında söhbətlər edirlər.

İkisi de aynı adamı sevdi... Biri onunla nişanlandı biri evlendi… Aradan yıllar geçti dost oldular… Hala eski aşklarının dedikodusunu yapıyorlar

Brad Pitt özü də həm keçmiş nişanlısı Paltrow, həm də keçmiş həyat yoldaşı Aniston ilə dostluq əlaqələrini qoruyur. Gwyneth Paltrow daha sonra musiqiçi Chris Martin və prodüser Brad Falchuk ilə evlənib, Martin-dən iki övladı var. Jennifer Aniston isə 2015–2018-ci illərdə aktyor Justin Theroux ilə evli olub, indi isə hipnoterapiya mütəxəssisi Jim Curtis ilə sevgilidir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 382

Oxşar yazılar