Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI
12 avqust 2025 12:39 (UTC +04:00)

Leysan yağacaq, dolu düşəcək - Sabahın HAVASI

Avqustun 13-ə olan hava proqnozu açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Lent.az-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin 12-dən 13-nə keçən gecə və səhər bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 21-24, gündüz 29-33 dərəcə isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunu, nisbi rütubət isə gecə 70-80 %, gündüz 45-55 % təşkil edəcək.

Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi dağlıq ərazilərdə duman olacaq. Şərq küləyi bəzi yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-24, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 18-23 dərəcə isti olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 564

Oxşar yazılar

Bu xəstəxanalara  yeni baş həkimlər təyin edildi

Bu xəstəxanalara yeni baş həkimlər təyin edildi

12 avqust 2025 , 15:05
Evi yoxdur, amma adına 1000 manata  yaxın su borcu var

Evi yoxdur, amma adına 1000 manata yaxın su borcu var

12 avqust 2025 , 14:07
125 min uşaq  birinci sinfə gedəcək

125 min uşaq birinci sinfə gedəcək

12 avqust 2025 , 13:49
2300-dən çox müəllim sertifikasiyadan keçə bilmədi

2300-dən çox müəllim sertifikasiyadan keçə bilmədi

12 avqust 2025 , 13:46
Sabiq prokuror vəfat etdi

Sabiq prokuror vəfat etdi

12 avqust 2025 , 13:14
Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ oldu

12 avqust 2025 , 12:25
Ağcaqanadlarla yayılan virus Azərbaycana gəlib? - RƏSMİ

Ağcaqanadlarla yayılan virus Azərbaycana gəlib? - RƏSMİ

12 avqust 2025 , 11:22
Azərbaycanın əksər yerlərində yağış yağıb - GÜNÜN HAVASI

Azərbaycanın əksər yerlərində yağış yağıb - GÜNÜN HAVASI

12 avqust 2025 , 09:48