BMT-dən çağırış: təbii sərvətlərinizi satmayın!
“Təbii sərvətləri satmağa üstünlük verib istehsalı inkişaf etdirməmək qeyri-stabilliyi daha da gücləndirir”
Birləşmiş Millətlər Təşkilatı yoxsul ölkələri istehsal sahələrini inkişaf etdirməyə çağırır. Bu beynəlxalq qurumun Sənayenin İnkişafı Təşkilatı yoxsulluqla mübarizə üçün öz təklifini də dünyaya çatdırır: daha çox istehsal etmək və təbii ehtiyatların satılmasını məhdudlaşdırmaq.
Lent.az “Reuters”ə istinadən xəbər verir ki, BMT yeni hesabatında yoxsul ölkələr öz təbii sərvətlərini satmaqdan tədricən imtina etməyə, əvəzində digər istehsal sahələrini inkişaf etdirməyə çağırıb. Sənəddə göstərilir ki, xammal satışı təxmini sayı 1 milyardı ödən və gündəlik qazancı 1 dollardan az olan yoxsulların həyat şəraitini yaxşılaşdırmır, əksinə, dünyada qeyri-stabilliyi daha da artırır. BMT-nin Sənayenin İnkişafı Təşkilatı xəbərdarlıq edir ki, yoxsul ölkələr kənd təsərrüfatı məhsullarının və təbii ehtiyatların ixracına bel bağlamalı deyillər. Sənəddə qeyd olunur ki, belə ölkələrə kömək zəngin ölkələrdən gəlməlidir.
“Varlı ölkələr tərəfindən kasıb ölkələrin kənd təsərrüfatına yalnız maliyyə vəsaitlərinin köçürülməsi ilə müsbət nəticə əldə etmək olmur və donor ölkələrin köməyi sənaye sektorunun inkişafına məqsədyönlü yatırımlar formasında daha səmərəli olar” - sənəddə qeyd olunur.
Hesabat müəllifləri Asiya ölkələrini, xüsusilə də Malayziyanı nümunə kimi göstərərək bildirirlər ki, bir sıra dövlətlər öz qapılarını beynəlxalq ticarətə açıb və istihsalı inkişaf etdirir. Bununla belə, həmin ölkələr yenə də xarici köməkdə asılı vəziyyətdə qalmaqdadır.
BMT Sənayenin İnkişafı Təşkilatı rəsmilərinin fikrincə, Afrika 10 illər ərzində “xoşbəxt kəndli” sindromundan əziyyət çəkib: “Təcrübə göstərir ki, qızıl və neft kimi ehtiyatlardan əldə edilən vəsaitlər çox vaxt məhdud bir qrup daxilində yayılır. Halbuki, Asiya ölkələri daha çox rəqabət qabiliyyətli olmağa, öz bazarlarını dünyaya açmağa və istehsalı inkişaf etdirməyə üstünlük verir”.
Təşkilat xəbərdarlıq edir ki, yoxsul ölkələrin təbii sərvətlərini satmağa üstünlük verib istehsalı inkişaf etdirməməsi qeyri-stabilliyi daha da gücləndirir. Hesabat müəllifləri təbii sərvətlər deyərkən neft, qızıl və başqa qiymətli metalları nəzərdə tutur. Onlar hesab edirlər ki, təbii sərvətlərlə zəngin ölkələrin istehsalı inkişaf etdirməməsi işsizlik risklərini daha da artırır və məhsulların bahalaşmasına şərait yaradır.
Hesabat müəllifləri xatırladır ki, Çində əvvəllər düyü istehsalçısı olan bir şəhər paltar üçün düymə istehsalına keçdi. Və indi həmin şəhər dünyada satılan paltar düymələrinin 32 hissəsini istehsal etməkdədir.
“Bu fakt təbii ehtiyatlarını dünyaya satan ölkələrə nümunə sayıla bilər” - BMT-nin xəbərdarlıq-hesabatı bu cümlə ilə bitir.
Elxan SALAHOV

1645