QNet elektron mağazasının Azərbaycan dili versiyası hazırlanır
01 sentyabr 2010 11:06 (UTC +04:00)

QNet elektron mağazasının Azərbaycan dili versiyası hazırlanır

Hazırda QNet adı ilə fəaliyyətini davam etdirən şirkət özünün İnternet səhifəsinin (www.qnet.net) Azərbaycan dili versiyasını yaradır. Uzunmüddətli müzakirələrdən sonra şirkətin rəhbərliyi ilk dəfə olaraq beynəlxalq ticarətdə tətbiq olunan dillərdən kənara çıxaraq Azərbaycan dilində saytın tərtib olunmasına qərar verib. Qeyd etmək lazımdır ki, keçən ildən başlayaraq MDB ölkələrinin əhalisi bu virtual mağazadan yalnız rus dilində istifadə edə bilərdilər. İlk dəfə olaraq rus dilindən başqa bir MDB ölkəsinin rəsmi dili tətbiq olunub ki, bu da Azərbaycan dilidir.

Şirkətin Azərbaycan Respublikasındakı Nümayəndəliyindən bildirilib ki, şirkətin bu addımı Azərbaycanda İnternet resurslarının və kompüter telekommunikasiya sistemlərinin inkişafının yüksək olması və həmçinin, Azərbaycan Respublikasının qanunvericiliyinin tələblərinə əməl olunması ilə bağlıdır. 1998-ci ildə yaranmış bu şirkət dünyanın 200-ə yaxın ölkəsində 4 milyondan artıq müştərilərinə yüksək keyfiyyətli məhsul və xidmətlər təqdim edir. QNet şirkətinin istehsal etdiyi məhsullar: sağlamlıq, enerji verən və qidalandırıcı, zinət və numizmatika, telekommunikasiya məhsulları, tətil paketləri, fərdi qulluq və gündəlik istehlak məhsullarıdır. Şirkət həmçinin Azad Nümayəndə (İR) qismində şəbəkəyə qoşulan insanlara biznes imkanı yaradır. Belə ki, onlar şirkətin eksklüziv məhsul və xidmətlərini şəbəkə marketinqi yaxud birbaşa satış yolu ilə təbliğ edərək öz fərdi biznesini qurur və gəlir əldə edir.

İnternet üstündən məhsul və xidmət təklif edən QNet Şirkəti şəbəkə marketinqi modelini tətbiq edir. Bu biznes modeli “tezliklə zəngin ol” yaxud “tez və asan pul qazan” modeli deyil. Şirkətə məxsus məhsul və xidmətin təbliğ edilməsi üçün cəlb edilən yeni distribyutorlar şirkətin təqdim etdiyi imkanlardan yararlanan AN-lər tərəfindən cəlb edilir. QNet şirkətinin təqdim etdiyi biznes, iki əsas biznes prinsiplərinin birləşməsidir – bu elektron ticarət və şəbəkə marketinqidir. Bu biznes imkanından faydalanmaq istəyən müştərilər üçün şirkət tərəfindən intensiv treninq proqramları və biznesin inkişafına dair dəyirmi masalar (sessiyalar) təşkil edilir. Həmin təlimatlandırma proqramlarında və sessiyalarda real və potensial müştərilərə bu biznesin peşəkar qurulması üçün onun üsul və qaydaları, modeli, bonus planı və etik normaları haqqında geniş məlumat təqdim edilir. Artıq fəaliyyət göstərən hər bir AN yeni müştərilərə bu biznesin fərdi və müstəqil biznes növü olduğunu izah etməli və burada hər hansı bir iş yerinin təklif edilmədiyini vurğulamalıdır. Yeri gəlmişkən, birbaşa satış biznesinin inkişafı tarixində bu biznesin piramida fəaliyyəti ilə eyniləşdirilməsi halları da olub. Elə QNet-in Azərbaycandakı fəaliyyətində də qanunsuzluqlar və insanları aldatma meylləri özünü göstərib.
Şirkətin fəaliyyəti ətrafında yaranmış fikirlərə münasibət bildirən baş direktor JR Mayer isə elektron ticarətin, birbaşa satışın maliyyə piramidası kimi təqdim edilməsi ilə razılaşmır: “Birbaşa satış biznesi çətin dövr keçməsinə rəğmən faktiki olaraq hələ də mövcuddur. İndi bir çoxları dərk edir ki, birbaşa satış biznesində çalışan insanlar səylə çalışan, müvafiq qanunvericiliyə tabe olan və bizim iş adamlarına (sahibkarlara) təklifimiz ondan ibarətdir ki, vaxtlarını və nümayiş etdirdikləri səyi səmərəli şəkildə bir araya gətirməklə, qanuni və geniş biznes imkanı əldə etmiş olarlar. Bir tərəfdən fırıldaqçı iş adamlarının istifadə etdiyi davamlı və kökündən uğursuzluğa aparan piramida modelləri, digər tərəfdən bəzi ölkələrdə bu biznesə dair müvafiq qanunvericiliyin olmaması onun mənfi tərəfindən təbliğ olunmasına münbit şərait yaratdı. Hər bir sahədə olduğu kimi, bu biznesdə də qeyri-standart məqamlar mövcuddur, lakin bir neçə mənfi elementlərə görə biznesin tamamilə mənfi qiymətləndirilməsi düzgün deyil. Bu, bir növ saxta kredit kartla hesabdan pul çıxarışına görə İnternetin günahlandırılmasına bənzəyər» - deyən Şirkət rəhbəri Azərbaycanda şirkətin fəaliyyət göstərməsi üçün hüquqi baza və imkanlar olduğunu vurğulayıb. O, həmçinin vurğulayıb ki, dünyanın hər yerində, bui şlə məşğul olan insanlar, sahibkarlar qanunlara və biznes etikasına əməl etməlidirlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9024

Oxşar yazılar