Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, bu qaydalar dövlət orqanları və bələdiyyələr tərəfindən emissiya edilən istiqrazlara şamil edilmir.
İstiqrazların buraxılışının maksimal həcmi aşağıdakı düsturlar sistemi ilə hesablanır:
Tn, təminat olduqda |
M- nəzərdə tutulan təmin edilməmiş istiqraz buraxılışının həcmi;
T - təmin edilmiş istiqrazlar üzrə təminatın dəyəri;
k - təmin edilməmiş istiqraz buraxılışının maksimal həcmi normativinin əmsalı. İstiqraz buraxılışının maksimal həcminin xalis aktivlərin dəyərinə nisbətdə tənzimlənməsi üçün tətbiq olunur;
Bi - hər bir əvvəlki istiqraz buraxılışının yerləşdirilmə prosesində olan, habelə yerləşdirilmiş, lakin ödənilməmiş hissələrinin məcmu nominal dəyəri;
Ci- hər bir əvvəlki təmin edilmiş istiqraz buraxılışının yerləşdirilmə prosesində olan, habelə yerləşdirilmiş, lakin ödənilməmiş hissələrinin məcmu nominal dəyəri;
n - emitentin yerləşdirilmə prosesində olan, habelə yerləşdirilmiş, lakin ödənilməmiş istiqraz buraxılışlarının sayı;
A - emitentin xalis aktivlərinin dəyəri.
Azərbaycan Respublikasında qeydiyyata alınmış və ən azı "BBB -" ("Standard&Poors" və "Fitch" reytinq agentliklərinin klassifika-siyasına görə), "Baa3" ("Moodys" reytinq agentliyinin klassifikasiyasına görə) və ya digər reytinq agentliklərinin bu reytinq dərəcələrinə ekvivalent olan, uzunmüddətli kredit reytinqi dərəcəsinə malik emitentlər üçün təmin edilməmiş istiqrazlar buraxılışının maksimal həcm normativinin əmsalı 3 (üç) müəyyən edilir. Azərbaycan Respublikasında qeydiyyata alınmış uzunmüddətli kredit reytinqi dərəcəsinə malik olmayan və ya uzunmüddətli kredit reytinqi dərəcəsi müəyyən edilmiş reytinq dərəcəsindən aşağı olan emitentlər üçün təmin edilməmiş istiqrazlar buraxılışının maksimal həcm normativinin əmsalı 2 (iki) müəyyən edilir.
Ən azı "BBB -" ("Standard&Poors" və "Fitch" reytinq agentliklərinin klassifikasiyasına görə), "Baa3" ("Moodys" reytinq agentliyinin klassifikasiyasına görə) və ya digər reytinq agentliklərinin bu reytinq dərəcələrinə ekvivalent olan, uzunmüddətli kredit reytinqi dərəcəsinə malik xarici emitentlər üçün Azərbaycan Respublikasının ərazisində təmin edilməmiş istiqrazlar buraxılışının maksimal həcm normativinin əmsalı 3 (üç) müəyyən edilir. Uzunmüddətli reytinq dərəcəsindən aşağı reytinq dərəcəsinə malik olan və ya uzunmüddətli kredit reytinqi dərəcəsinə malik olmayan xarici emitentlər üçün Azərbaycan Respublikasının ərazisində təmin edilməmiş istiqrazların emissiyasına yol verilmir.
İstiqraz buraxılışının dövlət qeydiyyatı Azərbaycan Respub-likasının Mülki Məcəlləsinə uyğun olaraq həyata keçirilir. İstiqraz buraxılışının dövlət qeydiyyatına alınması üçün həmin maddə ilə müəyyən edilmiş sənədlərlə yanaşı, emitent Azərbaycan Respublikasının Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinə aşağıdakı sənədləri də təqdim etməlidir:
- son maliyyə ili üzrə tərtib edilmiş və müstəqil auditor tərəfindən yoxlanılmış maliyyə hesabatları;
- son rüb üzrə tərtib edilmiş, emitentin rəhbər şəxsi və baş mühasibi tərəfindən təsdiq edilmiş maliyyə hesabatları.
Qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmamış istiqraz buraxılışlarının reklamı, hər hansı bir investora rəsmi təklif edilməsi, emissiya prospektinin potensial investorlara təqdim edilməsi və yerləşdirilməsi qadağandır. Bu qaydaların tələblərinə cavab verməyən emitentlərin istiqraz buraxılışlarının dövlət qeydiyyatına alınmasına, yaxud onların istiqrazlarının və ya istiqrazlara hüquqları təsdiq edən qiymətli kağızların yerləşdirilməsinə və ya tədavülə buraxılmasına yol verilmir.