Bakının 7-ci planı hazırlanır
Yaxın bir neçə ildə Bakının tikinti sektorunda köklü dəyişikliklərin şahidi ola bilərik.
Paytaxtdakı 1 və 2 mərtəbəli köhnə və yöndəmsiz binaların kütləvi şəkildə sökülməsini, əvəzində daha müasir və eyni ölçülü göydələnlərin inşası nəzərdə tutan bu dəyişikliklər mərhələli şəkildə 2030-cu ilədək davam edəcək.
Söhbət Dünya Bankının maliyyə dəstəyi ilə hazırlanan Bakının yeni Baş Planından gedir. Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən Lent.az-a bildiriblər ki, Bakı şəhərinin ərazilərinin regenerasiyası ilə bağlı layihə artıq hazırdır. Bu layihənin həyata keçirilməsində məqsəd Bakı şəhərinin problemli ərazilərindən birinin sxematik və konseptual həlli variantının, yəni şəhərin yenidən qurulub abadlaşdırılması planının hazırlanmasından ibarətdir.
Xatırladaq ki, layihənin hazırlanmasına rəhbərlik Dünya Bankı tərəfindən ingiltərəli memar Zəki Qiyasiyə etibar edilib. Dünya Bankının təklifi nəzərə alınaraq seçilmək üçün Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin əməkdaşları tərəfindən Bakı şəhərinin yaxın gələcəkdə yenidən qurulacaq bir neçə ərazisi təqdim olunub. Zəki Qiyasi həmin ərazilərlə tanış olduqdan sonra yerli mütəxəssislərlə birlikdə şəhərsalma baxımından abadlaşdırılmaya daha çox ehtiyac duyulan Nərimanov və Azərbaycan prospektləri, Nizami və Bakıxanov küçələri ilə əhatə olunmuş ərazinin üzərində dayanıb.
Bakı yenidən qurulacaq
Yaxın vaxtlarda isə ictimai əsaslarla yerli mütəxəssislərdən təşkil ediləcək xüsusi işçi qrup 2010-cu ilin sonuna kimi seçilmiş ərazinin nümunəvi regenerasiya layihəsini Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə bir variant və digər analoji ərazilərə şamil etmək üçün təqdim etməlidir. Bu müddətdə mütəxəssislərin əyani tanışlıq və təcrübə mübadiləsi məqsədilə İngiltərənin paytaxtı London şəhərinə və tarixi liman şəhəri Liverpul şəhərinə səfərləri də nəzərdə tutulur.
Bakının ilk işlək baş planı 1896-cı ildə hazırlanıb. Bakının son baş planı isə sovet dövründə - 1986-cı ildə işlənilib. Bu planda şəhərin 2005-ci ilədək inkişafı nəzərə alınırdı. Sonuncu baş plan Bakının özünün, həmçinin peyk-şəhərlərin - Dübəndi, Türkan, Hövsan, Zabrat, Ələt və Badamdarın inkişafını nəzərdə tuturdu. İdarə sistemi dəyişildiyindən bu plan nəzərdə tutulan səviyyədə həyata keçirilməyib.
Bu yaxınlarda Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Abbas Ələsgərov “Böyük Bakı”nın ərazi planının hazırlanması üzrə tenderdə iştirak edən layihə şirkətlərinin nümayəndələri ilə görüşüb. Bakı və Sumqayıt şəhərlərinin ərazisini, bütün Abşeron yarımadasını əhatə edən bu plan bütövlükdə yarımadanın inkişaf istiqamətlərini nəzərdə tutur. Tender iştirakçılarının qısa siyahısına Azərbaycan, ABŞ, Britaniya, Almaniya, İsrail və Hollandiyadan 6 şirkət və konsorsium daxildir. Ərazi inkişaf planı 2011-ci ilə kimi hazırlanmalıdır. Bu məqsədlə Dünya Bankı və Azərbaycan hökuməti 5 milyon dollar ayırıb. “Böyük Bakı”nın ərazi inkişaf planını hazırlayacaq şirkətin adı yaxın günlərdə açıqlanacaq.
30 illik plan
Dövlət Şəhərsalma və Arxitektura Komitəsində bildirirlər ki, yeni hazırlanan “Böyük Bakı” planda qarşıdakı 30 il ərzində Bakı və Abşeron yarımadasında baş verəcək iqtisadi-sosial inkişafı, demoqrafik dəyişiklikləri özündə əks etdirir. Üstəlik, son 30 ildə Bakının baş planından kənarda həyata keçirilən məhəllədaxili layihələr də “Böyük Bakı”nın ərazi planında yer alıb.
Komitənin şöbə müdiri Cahangir Qocayev yeni baş planın “Regionların sosial-iqtisadi inkişafı” proqramı ilə birbaşa bağlı olduğunu deyir. Belə ki, paytaxtın nə dərəcədə urbanizasiyaya məruz qalması məhz bu amildən asılıdır. Onun sözlərinə görə, buna qədər paytaxtın 6 baş planı mövcud olub. Bunlardan birincisi 1878-ci ildə (bu, işləməyib və 1896-cı ildə başqa bir baş planla əvəzlənib), ikincisi 1918, üçüncüsü 1927, dördüncüsü 1934, beşincisi 1976-cı ildə tərtib olunub. 1986-cı ildə hazırlanan və 1987-ci ildə SSRİ Nazirlər Soveti tərəfindən təsdiqlənən sonuncu - altıncı baş planın 2005-ci ilədək tam tətbiqi nəzərdə tutulurdu. Bu baş plana görə təkcə Bakı şəhərinin ərazisi deyil, həmçinin Bakı ətrafının və Abşeron yarımadasının genişləndirilməsi, məskunlaşdırılması nəzərdə tutulub.
“Qış bulvarı” Baş Planda varmış
Yeri gəlmişkən, Bakı şəhərinin ətrafında 4 peyk şəhərinin salınması, yəni mövcud olan şəhərlərin inkişaf etdirilməsi və bir böyük peyk şəhərinin, Dübəndi şəhərinin salınması nəzərdə tutulubmuş. Keçən müddət ərzində də Hövsan, Türkan, Ələt və Sahil qəsəbələrinin inkişafı və əhalisinin artımı planlaşdırılıb. Mütəxəssislərin bildirdiyinə görə, indi böyük hay-küyə səbəb olmuş “Qış bulvarı”nın baş plana daxil edilməsi həmin illərə təsadüf edir. Lakin vəsait çatışmazlığı ucbatından baş planın yalnız 25-30 faizi həyata keçirilib, bir çox müddəalar isə yalnız kağız üzərində qalıb. Belə ki, baş planda şəhərin, o cümlədən Babək prospektinin, sənaye zonası olan Qaradağ rayonu ərazisinin daha da genişləndirilməsi nəzərdə tutulub. Bundan başqa, Bakının mərkəzində 19-cu əsrdən qalmış köhnə evlərin rekonstruksiyası və Gənclər Mərkəzinin tikilməsi də görüləcək işlər sırasında idi. 1950-ci illərdə Bakıda tikinti bumunun başlanması Yasamal, Əhmədli, 8-ci kilometr və Günəşli ərazilərinin daha çox məskunlaşdırılması ilə nəticələnib.
Cahangir Qocayev deyir ki, 1980-ci illərin axırlarında Bakıda mənzil tikintisinin tempi aşağı düşməyə başlayıb və bu proses təxminən 10 ilə yaxın davam edib. Onun sözlərinə görə, ümumiyyətlə, baş planların tətbiqi əksər hallarda 40 faiz həddi keçmir: “Bakı Baş planının 2030-cu ilədək inkişaf konsepsiyasının əsas prinsiplərini özündə əks etdirən “Böyük Bakı” planının isə tam şəkildə reallaşması mümkündür. Çünki Bakı şəhərinin mərkəzi hissəsinin yenidən qurulmasının müfəssəl planlaşdırma layihəsi və təklif olunan nəqliyyat sxemi ilə birlikdə istinad planı baş sənəddə tam şəkildə əksini tapıb. İndi ilk növbədə maliyyə çatışmazlığı problemini həll etmək lazımdır ki, “Böyük Bakı” planını həyata keçirə bilək”.
Elxan SALAHOV

4163