Dəli Kür yatır
Kür çayında suyun səviyyəsi mart ayının ikinci ongünlüyü ilə müqayisədə xeyli azalıb
Ekologiya və Təbii Sərvətlər Nazirliyi Kür və Araz çaylarının, həmçinin, onların transsərhəd qollarının çirklənmə səviyyəsini öyrənmək məqsədilə mart ayının III ongünlüyündə apardığı monitorinqin nəticələrini açıqlayıb. Həmin dövr ərzində Kür suyun sərfi əvvəlki ongünlüyə nisbətən saniyədə 488 kubmetr azalaraq 472 kubmetrə düşüb.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, monitorinqin nəticələri Kür çayında biogen maddələrin miqdarının normadan dəfələrlə artıq olduğunu göstərir. Bu isə Gürcüstan və Ermənistan ərazilərindən təmizlənmədən birbaşa su obyektlərinə axıdılan məişət tullantıları və sənaye müəssisələrinin çirkab sularının təsiri nəticəsində yaranıb.
Aparılan monitorinqin nəticələrinə görə Ermənistan ilə transsərhəd olan Araz çayında suyun sərfi saniyədə 179 kubmetr olub. Suyun oksigen rejimi bütün məntəqələrdə 6,75-7,80 mq/l arasında olmaqla sanitar norma daxilində dəyişir.
Elxan SALAHOV

606