Bakıda dəmiryolçuların  beynəlxalq konqresi  keçiriləcək
03 dekabr 2012 11:10 (UTC +04:00)

Bakıda dəmiryolçuların beynəlxalq konqresi keçiriləcək

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti Mətbuat Katibliyinin rəisi Nadir Əzməmmədovun Lent.az-a verdiyi məlumata görə, “Mariott Abşeron” otelində baş tutacaq tədbirin birinci iş günü Dəmiryolçuların Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının 42-ci yığıncağı keçiriləcək və IV Konqresin təşkilati məsələlərinə baxılacaq. Konqresin gündəliyinə Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının III Konqresindən sonrakı işi və 2012-2017-ci illər üçün fəaliyyət Proqramının əsas istiqamətləri, Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyası Təftiş Komissiyasının hesabatları, Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının Nizamnaməsi, Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyası Təftiş komissiyasının Əsasnaməsi, Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyası sədrinin seçilməsi haqqında; Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının Baş katibinin seçilməsi, Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının formalaşdırılması haqqında; Dəmiryolçuların və Nəqliyyat İnşaatçılarının Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyası Təftiş komissiyasının seçilməsi və DHİBK-in IV Konqresinin qətnamələri haqqında məsələlər daxildir.

Dəmiryolçuların Həmkarlar İttifaqları Beynəlxalq Konfederasiyasının IV Konqresinə Azərbaycan Dəmiryolçularının MHİRK-in sədri F. Bağırov və təşkilat şöbəsinin müdiri S. Böyükzadə nümayəndə seçilib. Tədbirdə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərov, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, millət vəkili Səttar Mehbalıyev iştirak edəcəklər.
# 708

Oxşar yazılar