Büdcə layihəsi qəbul edildi
Bu gün Milli Məclisdə 2013-cü ilin dövlət büdcəsinin layihəsinin müzakirəsi başlayıb. Lent.az-ın verdiyi məlumata görə, maliyyə naziri Samir Şərifov bundan öncə parlamentdə büdcə müzakirələri zamanı millət vəkillərinin irəli sürdüyü təkliflər nəzərə alındığını bildirib.
Onun sözlərinə görə, millət vəkillərinin təkliflərinə uyğun olaraq büdcə layihəsində səhiyyə sahəsinə ayrılan vəsaitin miqdarı 3 milyon manat artırılıb. Siyasi partiyalara ayrılan büdcə vəsaitlərinin miqdarının artırılması barədə təklif də nəzərə alınıb. Siyasi partiyalara ayrılan vəsaitlərin miqdarı 500 min manat artırılaraq 2,5 milyon manata çatdırılıb. Milli Məclisin smeta xərcləri də 726 min manat artırılıb. Eyni zamanda büdcədən kənar xərclər də 35 milyon manat artırılacaq. Ümumiyyətlə, bu dəyişikliklərdən sonra büdcənin gəlirləri 5 milyon manat, xərcləri 40 milyon manat artırılıb.
Büdcə layihəsi səsə qoyulub və qəbul edilib.
Ramiz

Oxşar yazılar

“Batareyaları təhvil ver, təbiəti qoru” layihəsi çərçivəsində 96 kq işlənmiş batareya toplanaraq təhvil verilib
7 iyul 2025 , 15:50
Ağdam–Xankəndi dəmir yolu layihəsinin icra müddəti açıqlandı
6 iyul 2025 , 17:10Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11