Natiq Əliyev: “2 trilyon 650 milyard kubmetr qaz ehtiyatımız var”
22 noyabr 2012 14:25 (UTC +04:00)

Natiq Əliyev: “2 trilyon 650 milyard kubmetr qaz ehtiyatımız var”

“Hazırda Azərbaycanda ildə 45 milyon ton neft, 26 milyard kubmetr qaz hasil olunur. Hazırda ölkədə 2 trilyon 650 milyard kubmetr qaz ehtiyatı var”.

APA-nın xəbərinə görə, bu fikirləri sənaye və energetika naziri Natiq Əliyev Bakıda keçirilən beynəlxalq konfransda çıxışı zamanı deyib.

O bildirib ki, Azərbaycan müstəqillik qazandıqdan sonra ölkədə neft hasilatı 5,5 dəfə, qaz hasilatı isə 4 dəfə artıb. Nazirin sözlərinə görə, bu, dünyada ən yüksək göstəricilərindən biridir. Natiq Əliyev indiyədək xarici şirkətlər tərəfindən Azərbaycanın neft sektoruna 45 milyard dollar sərmayə qoyulduğunu deyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1259

Oxşar yazılar