Bakıda istehlakçıları aldadan iki mağaza sahibi cərimələndi
19 noyabr 2012 17:26 (UTC +04:00)

Bakıda istehlakçıları aldadan iki mağaza sahibi cərimələndi

İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin istehlak bazarında növbəti monitorinqlər aparıb. İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Bakı şəhəri, Yasamal rayonu, H.Cavid küçəsi, 19 ünvanında Necmettin Erişenə və Binəqədi rayonu, Atatürk prospekti, 60 ünvanında Aysel Əsədovaya məxsus mağazalarda aparılan yoxlama zamanı qeyri-dəqiq reklamdan istifadə edilməklə istehlakçıların aldadılması səbəbindən İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən bu sahibkarlar barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

Dövlət Xidmətində işə baxılıb və “Haqsız rəqabət haqqında” qanunun tələblərini pozduğuna görə Necmettin Erişenə 435 manat, Aysel Əsədovaya isə 330 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Monitorinq zamanı Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, N.İsmayılov küçəsi, ev 57 ünvanında yerləşən “Fidan market”də isə 23 çeşiddə ümumi çəkisi 45 kq-dan artıq olan saxlama müddəti ötmüş, normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan malların satıldığı aşkarlanıb, satışdan çıxarılaraq məhv edilib. Bundan başqa, mağazada satışda olan malların qiymət kağızlarının düzgün tərtib edilmədiyi müəyyənləşdirilib. Qanun pozuntusuna yol vermiş təsərrüfat subyekti barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq tədbirlər görüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 906

Oxşar yazılar