Azərbaycanda taxıl istehsalı 14 faiz artıb
16 noyabr 2012 16:06 (UTC +04:00)

Azərbaycanda taxıl istehsalı 14 faiz artıb

Aqrar bölmədə məhsul yığımı başa çatmaq üzrədir. Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, noyabrın 1-ə kimi tarlalardan qarğıdalı ilə birlikdə 2 milyon 800,4 min ton taxıl, 968,3 min ton kartof, 1 milyon 190,4 min ton tərəvəz, 665,1 min ton meyvə və giləmeyvə, 427,7 min ton bostan məhsulları, 124,7 min ton üzüm, 4,2 min ton tütün, 98,4 min ton şəkər çuğunduru, 550.3 ton yaşıl çay yarpağı toplanıb.

Emal müəssisələrinə 48.9 min ton pambıq toplanaraq təhvil verilib. 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə qarğıdalı ilə birlikdə taxıl istehsalı 14 faiz, pambıq istehsalı 16,8 faiz, tütün istehsalı 19,7 faiz, kartof istehsalı 3,3 faiz, meyvə və giləmeyvə istehsalı 8 faiz, üzüm istehsalı 8,4 faiz, yaşıl çay yarpağı istehsalı 7,1 faiz, tərəvəz istehsalı 0,5 faiz artıb, bostan məhsulları istehsalı 10,5 faiz, şəkər çuğunduru istehsalı isə 48,4 faiz azalıb.

Bitkiçilik məhsulları ilə yanaşı heyvandarlıq məhsulları istehsalı da dinamik olaraq artır. İlin əvvəlindən keçən vaxt ərzində diri çəkidə 387,2 min ton ət, 1 milyon 436,3 min ton süd, 997,3 milyon ədəd yumurta və 16,1 min ton yun istehsal olunub. 2011-ci ilin müvafiq dövrünə nisbətən ət istehsalı 3,6 faiz, süd istehsalı 5,5 faiz, yumurta istehsalı 19,5 faiz, yun istehsalı 1,8 faiz artıb.
Beləliklə, keçən illə müqayisədə bitkiçilik sahəsində məhsul istehsalı 6,5 faiz, heyvandarlıq sahəsində 5,1 faiz, kənd təsərrüfatının ümumi məhsulu 5,9 faiz artıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1255

Oxşar yazılar