Avtomobil və metro ilə daşınan sərnişinlərin sayı açıqlandı
Bu ilin ötən dövründə yük və sərnişin daşıma ilə bağlı göstəricilər açıqlanıb.
Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, nəqliyyat müəssisələri və avtomobil nəqliyyatı sahəsində fəaliyyət göstərən fiziki şəxslər tərəfindən yanvar-oktyabr aylarında 174.2 milyon ton, yaxud keçən ilin müvafiq dövrünə nisbətən 3.3 faiz çox yük daşınıb.
Bu dövr ərzində 1321.5 milyon nəfər və ya 8.5 faiz çox sərnişin daşınıb. Yüklərin 10.9 faizi dəmir yolu nəqliyyatı, 55.8 faizi avtomobil nəqliyyatı, 5.9 faizi dəniz nəqliyyatı, 27.4 faizi boru kəmərləri ilə, sərnişinlərin 87.7 faizi avtomobil, 12.1 faizi metropolitenlə daşınıb.

3018