(R) Bakcell sertifikatla təltif edilib
15 noyabr 2012 14:00 (UTC +04:00)

(R) Bakcell sertifikatla təltif edilib

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil İnternet provayderi Bakcell şirkəti böyük məmnuniyyətlə bildirir ki, Xəzər və Qafqaz regionlarında telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən böyük tədbir - “BakuTel-2012” sərgisində uğurlu iştirakına görə sertifikatla təltif edilib.

18-ci Azərbaycan Beynəlxalq "Telekommunikasiya və İnformasiya Texnologiyaları" Sərgisinin təşkilatçıları Bakcell şirkətini Ziyarətçilərlə Ən Fəal İşə görə təşəkkür sertifikatı ilə təltif edib.

Bakutel stendində məhsulların ən peşəkar, maraqlı və effektiv tərzdə nümayiş etdirilməsinin təşkil edilməsi üçün Bakcell tərəfindən mühüm tədbirlər görülüb. Bu il Bakcel şirkəti mobil sosial media inteqrasiyası ilə yanaşı, yeni və qabaqcıl istehlak texnologiya tətbiqetmələri, Bakcell - Mançester Yunayted əməkdaşlığına həsr olunmuş brend əməkdaşlığının müxtəlif cəhətləri, Artırılmış Reallıq proqramları və müxtəlif oyunları nümayiş etdirib.

Bakcell əməkdaşları sərgidə şirkətin məhsullarını nümayiş etdirib, qonaqlara Bakcell və onun Bakutel-dəki tərəfdaşları haqqında ətraflı məlumat veriblər. Bundan əlavə, sərgi ziyarətçilərinə mobil telefon vasitəsilə sosial media imkanlarından istifadə etmək, QR və AR təcrübəsi ilə tanış olmaq və Bakcell şirkətinin mobil xidmətlərindən tam şəkildə faydalanmaq imkanını vermək üçün Bakcell şirkəti tərəfindən pulsuz seminar və təlimlər təşkil edilib.

“Bakcell, Bakutel 2012 sərgisində uğurlu iştirakına görə sertifikatla təltif olunmasından çox məmnundur. Müştəri məmnuniyyəti Bakcell üçün çox vacib bir amildir və Bakutel sərgisi şirkətimizə indiki və gələcək müştərilərimizlə birbaşa ünsiyyət yaratmaq üçün misilsiz bir imkan yaradır” - deyə, Bakcell şirkətinin Baş icraçı direktoru Riçard Şirer bildirib.

***

Bakcell haqqında

Azərbaycanın ilk mobil operatoru və aparıcı mobil İnternet provayderi olan Bakcell şirkəti müasir mobil kommunikasiya xidmətləri istifadəçilərinə geniş çeşiddə məhsullar təklif etməkdədir. Bakcell şirkəti, Süra ticarət nişanı adı altında öz abunəçilərinə ən mükəmməl 3G mobil internet xidmətlərini göstərir.

Ölkənin qeyri-neft sektorunun ən iri investorlarından biri olan Bakcell, ən son texnologiyalar və abunəçilərinə xidmət edən insan resursları vasitəsilə Azərbaycan iqtisadiyyatına böyük həcmdə sərmayə yatırmaqda davam edir.

Bakcell-in şəbəkəsi ölkə əhalisinin 99%, ölkə ərazisinin isə 92%-ni (işğal olunmuş ərazilər istisna olmaqla) əhatə edir. İnnovasiyalar sahəsində lider olan şirkət, Süra xidməti və yeni tərəfdaşlıqlar vasitəsilə Azərbaycan əhalisini ən yüksək səviyyəli mobil internet xidmətləri ilə təmin etməkdədir. 257 pərakəndə satış nöqtəsi və həftənin 7 günü, günün 24 saatı fəaliyyət göstərən 7 Müştəri Xidmətləri Mərkəzində istifadəçilərə ən üstün müştəri təcrübəsi təklif olunur.

Bakcell və onun məhsul və xidmətləri haqqında ətraflı məlumat əldə etmək üçün, xahiş edirik, www.bakcell.com internet səhifəsinə daxil olun və ya 555-ə zəng edin. Press-relizlərlə tanış olmaq üçün www.bakcell.com/az/news (və ya İngilis dili üçün www.bakcell.com/en/news ) səhifəsinə daxil olun.

Qeyri-Bakcell abunəçiləri isə 055 0000 555 nömrəsinə zəng etməklə Bakcell şirkətinin xidmətləri haqqında məlumat əldə edə bilərlər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1324

Oxşar yazılar