(R) “Xırdalan” Şimali İrlandiya - Azərbaycan matçında «12-ci oyunçu» kimi çıxış etdi!
15 noyabr 2012 12:45 (UTC +04:00)

(R) “Xırdalan” Şimali İrlandiya - Azərbaycan matçında «12-ci oyunçu» kimi çıxış etdi!

Futbol azarkeşləri harada “Xırdalan” orada! 2014 Futbol üzrə Dünya Çempionatının seçmə mərhələsi çərçivəsində keçirilən Şimali İrlandiya – Azərbaycan matçı da istisna olmadı. “Xırdalan” sadiq azarkeşlərdən biri olaraq, oyuna mükəmməl hazırlaşdı. Futbol meydançasının ətrafında olan reklam lövhələrində yerləşdirilərək, Xırdalan, oyunçularla bir yerdə oyunun ən maraqlı anlarını yaxından yaşadı. Tribunalarda oturan azarkeşlər məşhur Azərbaycan pivəsini öz aralarında görərək təəccübləndilər və bunu müsbət qarşıladılar. “Xırdalan” pivəsinin şəklini həm stadiondan, həm də TV-dən izləmək mümkün idi.

“Baltika Bakı” şirkətinin korporativ əlaqələr üzrə meneceri Leyla Seyidzadə bununla bağlı deyib: “Biz istədik ki, “Xırdalan” bu oyunda “12-ci oyunçu” olaraq bütün hissləri azarkeşlərlə bərabər bölüşsün! “Xırdalan” pivəsini hamı tanıyır, ona görə də biz qərara gəldik ki, azarkeşlərimiz üçün uzaq bir ölkədə keçirilən bu oyunda onlara aid və doğma bir əlamət görmək xoş olar. Biz ümid edirik ki, yığmamızın azarkeşləri ideyamızı müsbət qarşıladılar. Gələcəkdə “Xırdalan”dan daha çox sürpriz hamınızı gözləyir!” Dostlarla sevimli oyuna baxaraq, sevimli pivəni içməkdən daha yaxşı nə ola bilər.

Brend haqqında:

“Xırdalan” brendinin tarixi 2000-ci ilin əvvəlindən başlayır. Brend "Baltika-Bakı" zavodunun yerləşdiyi Xırdalan şəhərinin adının şərəfinə adlandırılıb. Bu gün Xırdalan ticarət nöqtələrinin çoxunda təqdim olunur və bazarda liderlik etməyə davam edir. Xırdalan ənənəvi reseptlə istehsal olunur - tərkibinə yalnız klassik inqrediyentlər: maya, mayaotu və su daxildir. Pivə "Baltika-Bakı" zavodunda quraşdırılmış müasir avadanlıq və yüksək pivəbişirmə keyfiyyət standartları əsasında hazırlanır. Hal-hazırda "Baltika-Bakı" şirkətinin məhsulları Azərbaycanda bazarın 75%-ni əhatə edir və bir neçə növdə pivə istehsal edir. "Baltika-Bakı" pivə istehsalı üzrə Rusiya bazarının lideri və xalq istehlakı malların ən böyük istehsalçılarından olan "Baltika" şirkətinin bir hissəsidir. "Baltika" brendi Avropada (Euromonitor) satış üzrə birinci yerdədir. "Baltika" şirkəti Rusiya pivəsinin aparıcı ixracatçısıdır: "Baltika"nın məhsulları dünyanın 75-dən çox ölkəsində təqdim edilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2598

Oxşar yazılar