Vergilər Nazirliyi 73200 manat maliyyə sanksiyası tətbiq edib
15 noyabr 2012 10:21 (UTC +04:00)

Vergilər Nazirliyi 73200 manat maliyyə sanksiyası tətbiq edib

Hazırda vergi orqanları iqtisadi fəal əhali kateqoriyasına aid edilən və fərdi əmək fəaliyyəti ilə məşğul olan şəxslərin vergi uçotuna alınması istiqamətində tədbirləri davam etdirirlər. Lent.az-ın məlumatına görə, bu barədə aparılan təhlillər zamanı müəyyən edilib ki, bəzi xidmət növlərini fərdi qaydada həyata keçirən şəxslər (şəxsi və ya ailə sürücüləri, qulluqçular, bağbanlar, mühafizəçilər, ustalar, dayələr və s.) vergi orqanlarında uçota durmadan fəaliyyət göstərir və bununla da vergiləri dövlət büdcəsinə ödəməkdən yayınırlar.

Vergilər Nazirliyinin apardığı nəzarət tədbirləri nəticəsində 2012-ci ilin 10 ayı ərzində vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 1830 nəfər belə şəxsə qarşı 73200 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib. Hazırda vergi orqanları tərəfindən belə vətəndaşlara yazılı bildirişlər göndərilir, çağırışlar edilir, qanunvericiliyin tələbi və vergi orqanlarında uçota durmağın vacibliyi onlara izah olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 865

Oxşar yazılar