Azərbaycanın aldığı 44 milyon avroluq gəmilər bulvara yan alıb - FOTO
Bu gün Azərbaycanın sifarişi ilə Xorvatiyada hazırlanmış gəmi-bərələrin Bakıda açılış mərasimi keçiriləcək. Lent.az-ın məlumatına görə, “Bərdə” və “Balakən” adı verilmiş gəmi-bərələr Bakı bulvarına, daha dəqiq desək, Yaxt Klubun körpüsünə yan alıb. Bu gün keçiriləcək mərasimlə hər iki gəmi istismara veriləcək.
Bu gəmilər 54 vaqon tutumludur. Gəmi ilə müxtəlif təyinatlı (yük, minik, sərnişindaşıma və s.) avtomobillərin də daşınması mümkündür. Gəmilərin hər biri Azərbaycana 22 milyon avroya başa gəlib.
Xəzər Dəniz Dövlət Gəmiçiliyi İdarəsinin mətbuat xidmətinin rəhbəri Vüqar Sadıqov Lent.az-a bildirib ki, Xorvatiyanın Pula tərsanəsində hazırlanmış gəmi-bərələr yüksək texnoloji səviyyəyə malikdir: “Bu gəmi bərələrin də istifadəyə verilməsi ilə Azərbaycanın sahib olduğu bu tip nəqliyyat vasitələrinin sayı 13-ə çatacaq. Bu gəmi bərələr, əsasən Bakı-Aktau və Bakı-Türkmənbaşı istiqamətində hərəkət edəcək. Gəmilər son texnologiya ilə təmin olunub, tam kompüterləşdirilib”.
Qeyd edək ki, gəmilər Azərbaycana ümumilikdə 44 milyon avroya başa gəlib.
Nizam RZA

Oxşar yazılar

Azercell prezidenti “GSMA M360 Eurasia 2025” konfransında inklüziv rəqəmsal transformasiya mövzusunda çıxış edib
22 may 2025 , 19:19"Birbank"ın dəstəyi ilə Vəfa Musayevə bayrağımızı Everest zirvəsinə sancdı
22 may 2025 , 16:39
“Azerçay” çay plantasiyalarına mediatur təşkil etdi
22 may 2025 , 14:08
Birbank Visa kartları ilə ölkə xarici ödənişlərdə “Bir dünya fürsət” kampaniyası
22 may 2025 , 10:26Süni intellekt hər kəs üçün: Samsung, Galaxy A56 5G, A36 5G və A26 5G modellərini təqdim edir
22 may 2025 , 10:00
"Kapital Bank" ATU-da keçirilən forum, karyera sərgisi və təlimlərdə təmsil olunub
21 may 2025 , 15:38
“Nar”ın dəstəyi ilə Azərbaycanda biznesə dair ilk “B4B” kitabı təqdim olundu
21 may 2025 , 15:08