Mərkəzi Bankda yeni Hesablar Planının tətbiqinə dair seminar keçirilir
Azərbaycan Respublikası Mərkəzi Bankı "Ernst & Young" beynəlxalq audit şirkətinin iştirakı ilə yeni "Azərbaycan Respublikasının bank sistemi üçün Hesablar Planı və onun tətbiqinə dair Göstərişlər"ə dair seminar keçirir.
Bankdan Lent.az-a verilən məlumata görə, beş günlük davam edəcək seminar "Ernst & Young" şirkətinin və Mərkəzi Bankın Maliyyə idarəetməsi departamentinin mütəxəssisləri tərəfindən aparılacaq.
Seminar zamanı Azərbaycan Respublikasının bank sistemi üçün Hesablar Planı və onun tətbiqinə dair Göstərişlər, o cümlədən Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarında bankların maliyyə hesabatlığına təsir edə biləcək son yeniliklər də müzakirə ediləcək.
Seminarda Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının maliyyə menecerləri, mühasibat uçotu sahəsində məsul şəxslərlə yanaşı Mərkəzi Bankın müvafiq departamentlərinin əməkdaşları da iştirak edirlər.
Qeyd edək ki, Mərkəzi Bank tərəfindən bank sistemində mühasibat uçotunun ən qabaqcıl praktikaya uyğun təkmilləşdirilməsi istiqamətində aparılan tədbirlər çərçivəsində "Ernst & Young" şirkəti ilə birgə yeni "Azərbaycan Respublikasının bank sistemi üçün Hesablar Planı və onun tətbiqinə dair Göstərişlər" hazırlanmış və onun tətbiqi 01 yanvar 2013-cü ildən nəzərdə tutulur.

Oxşar yazılar

Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15
Sabah bu rayonun bir hissəsində qaz kəsiləcək
1 iyul 2025 , 15:31
"Kapital Bank"ın “PO Growth” inkişaf proqramı gələcəyin məhsul sahiblərini yetişdirir
1 iyul 2025 , 12:40