(R) Unibank depozitlər üzrə faiz dərəcələrini artırdı
12 noyabr 2012 16:17 (UTC +04:00)

(R) Unibank depozitlər üzrə faiz dərəcələrini artırdı

Unibank manatla yerləşdirilən əmanətlərə yüksək faiz dərəcəsi tətbiq etdi. Artıq Bankda 36 ay müddətinə, yüksək faizlə depozit yerləşdirmək mümkündür.

Yeni faiz dərəcələrinə görə, 12 aylıq müddətə qoyulan əmanətlər üçün faiz dərəcəsi, faizlərin ayda bir dəfə götürüləcəyi halda illik 12%, faizlərin rübdə, yarım ildə bir dəfə alınması zamanı isə müvafiq olaraq illik 12,1 və 12,2 faiz hesablanır. Bir illik əmanətlərin faizləri depozit müddətinin sonunda götürülərsə, bu əmanətə görə illik 12,5% hesablanır.

18 aylıq əmanətlər üzrə faizlərin ayda bir dəfə, rübdə və yarım ildə bir dəfə alınmasına görə, uyğun olaraq illik 12,5%, 12,6% və 12,7 % hesablanır. Bu müddətlik əmanətlərin faizlərinin depozit müddətinin sonunda alınması isə, müştəriyə 13%-lik gəlir qazandırır.

24 ay müddətinə qoyulan depozitlərə illik 12,8% artım hesablanır. Faizlərin yarım ildə bir dəfə götürüləcəyi halda hesablanan faizlər 13%, ildə bir dəfə götürüləcəyi vəziyyətdə isə 13,2%-dir. 2 illik müddətli əmanətlərin faizi depozit müddətinin sonunda götürülərsə, bu zaman əmanətçinin vəsaitinə illik 13,5% hesablanır.

Unibank, yeni məhsulu olan 36 aylıq əmanətlər üzrə yüksək faizlər təklif edir. Faizlər ildə bir dəfə alınarsa, depozit üçün illik 13,8 faiz hesablanır. Faizlərin depozit müddətinin sonuna - 36 aydan sonra götürüləcəyi halda isə, depozitə görə hesablanan faizlər maksimal həddə - illik 15,7%-lə ödənilir.




Qeyd edək ki, müddətli əmanətlərdə minimal məbləğ 500 AZN(USD,EUR)-dir. 36 aylıq cəlb edilən əmanətlər, yalnız manatla qəbul edilir. Unibankdan əmanətçilərə plastik kart hədiyyəsi də var.

Bu kampaniya 1 yanvar 2013 ilədək qüvvədə olacaq.

Yeni əmanət faizləri haqqında daha ətraflı məlumatı (012) 117 nömrəli telefonla, Bankın saytından ((http://www.unibank.az/az/private-clients/deposits/urgent) və yaxud Bankın facebook səhifəsində (www.facebook.com/unibank.az) əldə etmək olar.

Unibank – hər kəsin bankı!
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2446

Oxşar yazılar