Məşhur bank ARDNŞ-in xarici ölkələrdəki layihələrini maliyyələşdirmək istəyir
08 noyabr 2012 18:04 (UTC +04:00)

Məşhur bank ARDNŞ-in xarici ölkələrdəki layihələrini maliyyələşdirmək istəyir

Bu gün ARDNŞ prezidenti Rövnəq Abdullayev “BNP Paribas Switzerland” bankının İsveçrədəki bölməsinin baş icraçı direktoru Paskal Borisin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, Rövnəq Abdullayev BNP Paribas bankı və onun İsveçrədəki bölməsi ilə ARDNŞ arasında yüksək səviyyəli əməkdaşlığın qurulduğunu söyləyib.

Paskal Boris isə şirkətin son illər Azərbaycanda və xarici ölkələrdə həyata keçirdiyi irimiqyaslı layihələr çərçivəsində qazandığı nailiyyətləri diqqətlə izlədiklərini qeyd edib, bu uğurları yüksək qiymətləndirib. ARDNŞ ilə əməkdaşlığın mövcud səviyyəsindən məmnun olduqlarını dilə jətirən Paskal Boris “BNP Paribas Switzerland”-ın şirkətin xaricdə həyata keçirdiyi investisiya layihələrinə marağını nəzərə çatdırıb. ARDNŞ haqqında xoş sözlərə görə qonağa minnətdarlıq edən Rövnəq Abdullayev son illər beynəlxalq maliyyə qurumları ilə şirkət arasında mühüm əməkdaşlıq əlaqələrinin qurulduğunu, şirkətin bu dairələrdə böyük etimad qazandığını, yüksək maliyyə reytinqinə malik olduğunu diqqətə çatdırıb. Onun sözlərinə görə, indi artıq dünyanın demək olar ki, bütün məşhur bankları ARDNŞ ilə əməkdaşlığa can atırlar və bu da şirkətə verilən təkliflərin qiymətləndirilməsində daha inamlı addımlar atmağa imkan yaradır. ARDNŞ prezidenti Azərbaycanda investisiya qoyuluşu üçün bütün hüquqi imkanların yaradıldığını, münbit şərait olduğunu vurğulayaraq bankın maraq göstərdiyi investisiya layihələri haqqında ətraflı məlumat verib, əməkdaşlığı genişləndirmək təkliflərini dəstəklədiyini bildirib.

Görüşdə tərəfləri maraqlandıran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1099

Oxşar yazılar