«Ekonomist»in növbəti sayı çapdan çıxdı
06 noyabr 2012 17:27 (UTC +04:00)

«Ekonomist»in növbəti sayı çapdan çıxdı

«APA-ECONOMICS»in məlumatına görə, 2010-cu ilin fevral ayından nəşr olunan jurnalın artıq 32 buraxılışı işıq üzü görüb.

«Ekonomist» jurnalında oxucular Azərbaycanın sosial-iqtisadi həyatının müxtəlif sahələri üzrə icmal və analitik xarakterli məqalə və araşdırma yazıları ilə tanış ola bilərlər. Jurnalın bu sayında isə 2013-cü ilin dövlət büdcəsinin parametrləri, Azərbaycan hakimiyyətinin BP şirkətinə qarşı ittihamlarının təfərrüatları, dünya qızıl bazarında vəziyyət və proqnozlar, USAID agentliyinin mütəxəssisi ilə Rəqabət Məcəlləsinin layihəsinə həsr olunmuş müsahibə, sığorta şirkətlərinin yanvar-sentyabr ayları üzrə renkinqi, elektron kitablar bazarı, mobil telefonların yaranma tarixi və s. mövzularda məqalələr dərc olunub.

Qeyd edək ki, «Ekonomist» jurnalını həm redaksiya vasitəsilə, həm də «Qasid», «Qaya» və «Azərmətbuatyayım» şirkətlərinin Bakı və Sumqayıt şəhərləri ərazisində fəaliyyət göstərən köşklərində abunə olmaq və almaq mümkündür. Bununla yanaşı, «Ekonomist» və «Metro-Servis» şirkətləri arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, jurnalın buraxılışlarını Bakı Metropoliteninin stansiyalarında da almaq olar.

Jurnal ayda bir dəfə, rus dilində, 3 min tirajla, A4 formatında nəşr olunur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 719

Oxşar yazılar