Nazir cənub bölgəsinə ezam olunub
03 noyabr 2012 18:12 (UTC +04:00)

Nazir cənub bölgəsinə ezam olunub

Kənd təsərrüfatı naziri İsmət Abasov Lənkərana Ərazi Kənd Təsərrüfatı İdarəsinin əhatə etdiyi rayonlara ezam olunub. Bu barədə Lent.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirin cənub regionuna səfərinin məqsədi payız şumunun qaldırılması, taxıl səpinin aparılması, qışa hazırlıq vəziyyəti ilə yerində tanış olmaq, kənd təsərrüfatı məhsulları istehsalçılarına əməli köməkliyin göstərilməsidir.

Qeyd edək ki, nazir cənub bölgəsində 3 gün olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1560

Oxşar yazılar