Kazanda keçmiş hakim «milliyyətçilik»də də ittiham olunur
03 noyabr 2012 00:22 (UTC +04:00)

Kazanda keçmiş hakim «milliyyətçilik»də də ittiham olunur

Kazanda istefada olan hakim Qalişan Nuriəhmədov təqaüddən və dövlət statusundan məhrum edilib.

Lent.az-ın «newsru»-a isi nadən məlumatına görə, 74 yaşlı Q.Nuriəhmədov Ümumtatar İctimai Mərkəzinə başçılıq edir.

Hakimiyyət bu qurumu «milli –separatçı» təşkilat sayır.
Nuriəhmədov ölkədə özünə məxsus çıxış və bəyanatları ilə tanınır. O, Kazandakı kilsələri «işğal simvolu» adlandırır. «Tatarıstan Rusiya deyil!», «Ruslar, Ryazan sizi gözləyir!», «Çemodan, vağzal, Rusiya!» və s. bu sayaq şüarlar altında keçirilən mitinqlərdə iştirak edib.

Onu bütün güzəşt və imtiyazlardan Tatarıstan Ali ixtisaslaşmış hakimlər kollegiyası məhrum edib. Bu məqsədlə Rusiyanın federal məhkəmə qurumunun rəisi Aleksandr Antonov müraciət edib. A.Antonov müraciətində bildirib ki, Q.Nuriəhmədov «kütləvi aksiyalarda iştirak edərək, siyasi xarakterli bəyanatlar» verir.

Bir müddət öncə o, hakimlər kollegiyasında çıxışı zamanı mərkəzin rəhbərliyindən könüllü olaraq, istefa verdiyini bildirmişdi. Keçmiş sədr siyasi fəaliyyətlə məşğul olmadığını, qatıldığı piket və mitinqləri isə «ictimai aksiya» adlandırıb.
Bununla belə ixtisaslı hakimlər onun dediklərini qəbul etməyərək, Q.Nuriəhmədovun bütün titul və imtiyazlarının alınmasına dair qərar çıxarıb.

Bu qərardan o, yalnız Rusiya Federasiyasının Ali Məhkəməsinə şikayət edə bilər.

Mənbənin məlumatına əsasən, Tatarıstanda istefada olan hakimlər 70 min rubl (iki min manata yaxın) məbləğində təqaüd alır.

«İnterfaks»-ın bildirdiyinə əsasən, o, operada müğənni kimi fəaliyyətini başa vurduqdan sonra hüquqi təhsil alaraq,1960-cı illərdən vəkil, hakim, özəlliklə 1989-cu ildən Kazan şəhəri Kirov rayonunda hakim vəzifəsində çalışıb. 2001-ci ildən isə istefa verib.

İstefadan olan hakimlər müəllim işləyə, elm və başqa bu sayaq yaradığı işlə məşğul ola bilər.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 875

Oxşar yazılar