Azərbaycan vətəndaşları Türkiyədən ev və mülk almağa başlayıb
Bu ilin avqust ayında xarici ölkə vətəndaşlarının Türkiyədə daşınmaz əmlak almasına icazə verən qanunun qəbul edilməsi xaricilərin ev və mülk üçün bu ölkəyə axışmasına yol açıb. Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, qanuna əsasən, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı bu alqı-satqı məsələlərinin hər birinə ayrılıqda baxır və buna razılıq verdikdən sonra alqı-satqı əməliyyatı baş tutur.
Avqust ayından sonra Türkiyənin müxtəlif bölgələrində 2 min 819 nəfər xarici ölkə vətəndaşına 1 milyon 162 min kvadratmetr daşınmaz əmlak satılıb. Türkiyədə ən çox ev və mülkü Almaniya, Rusiya və İngiltərə vətəndaşları alıblar. 561 alman 335 mənzil, 439 mülk alıb. Ruslar 409-u mülk olmaqla, 416 daşınmaz əmlak sahibi olublar. İngilislər isə 365 daşınmaz əmlaka yiyələniblər. 280 Norveç vətəndaşı, 123 Hollandiya vətəndaşı, 106 İsveç vətəndaşı da Türkiyədə daşınmaz əmlak alıb.
Türkiyədə daşınmaz əmlak almaqla bağlı yeni icazə verilən ölkələrdən 5-nin vətəndaşları da tez hərəkətə keçib. Bu günə qədər Türkiyədən ev və mülk alınması ilə bağlı Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, İraq və Əfqanıstan vətəndaşlarından müraciətlər daxil olub. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının icazəsi ilə artıq 3 Azərbaycan vətəndaşı Türkiyədə 2 min 630 kvadratmetr sahəsi olan mülklər alıb. Birləşmiş Ərəb Əmirliklərindən 4 nəfər 3 mənzil, Küveytdən 3 nəfər 3 mənzil, İraqdan 1 nəfər 1 mənzil. Əfqanıstandan 1 nəfər 169 kvadratmetr sahəsi olan mülk alıb.
Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahının noyabr ayında ev və mülk alınması ilə bağlı ünvanlanan müraciətlərin qalan qisminə də cavab verəcəyi gözlənilir. Bu müraciətlər cavablandırıldıqdan sonra Azərbaycan və ərəb ölkələrindən daha çox insanın Türkiyədə ev və mülk alacağı gözlənilir.

3179